WWW.GUNAYDAGLI.COM:::::::::::WWW.GUNAYDAGLI.COM:::::::::::::WWW.GUNAYDAGLI.COM Günay Dağlı
Reklam verin!
DAGLIMay 7, 2008 23:44

İnsanı dünyaya anası və atası gətirir. Dünyaya doğularaq gələnlərin ən alisi olan insan bütün doğulmuşlardan məhz dili ilə fərqlənir. Dil hər bir çanlıda bir parca ət olaraq təbii ki, var.

Davamı...
DAGLIMay 1, 2008 13:50
Türkçülük qanımızda, canımızdadı desək təbii ki, yanılmarıq. Vallah türkçülüyü bizə aşılayan olmayıb. Yetmiş illik yasaq tarixi olsa da yenə də türk olub türk qalmişiq. Damarlarımzdan axan qan daim bizə baş ucalığı gətirib. Ana laylası  qulaqlarımıza sırqa olub. Davamı...
DAGLIAprel 7, 2008 16:47
      

Insan  və  inam.   Inamsız  insan  yaşaya  bilməz.  Insansız  da  inam  yaşanmaz.   Beləcə  biri-birini  tamamlayan  bu  ikilik  bir  dünyanı   dövür  etdirir.  Yer  üzərinə  insan  gəlir,  sınağa  çəkilərək  axirətə  insan  gedir.   Bu   dünyanın  adamları  bəzən  onları  yaradanı  unudur,  bəzən  də  yaradanla  şərt  kəsirlər.  

Davamı...
DAGLIAprel 7, 2008 16:24

  http://wwwgunaydagli.azeriblog.com/public/blogs/wwwgunaydagli/2008/04/07/cabir_novruz.jpg

Şairə ilhamdan mayə gərəkdi,

Anasız cocuka  dayə gərəkdi.

Şairəm söyləyir yerindən duran,

Adamın üzündə hayə gərəkdi. 

Böyük Müşfiqin bu sözləri biz həm məslək olan dağlılara daim öyüddü-daim nəsiətdi. Müşfiq şair idi, Müşfiq dahi idi, Müşfiq qorxmaz və söz cəsuru idi desəm təbii ki, yanılmaram. Bir də məni narahat edən daha bir kəlama yerindəcə fikrimi bildirmək istəyirəm, əziz və hörmətli oxucuu. Deyirlər Müşfiq “nakam köçdü dünyadan” məgər Müşfiqin yolunu davam etdirmək onun ömrünü davam etdirmək deyilmi? Məgər Müşfiq hələ də yaşamırmı?
Davamı...
DAGLIAprel 7, 2008 10:58

         

 http://wwwgunaydagli.azeriblog.com/public/blogs/wwwgunaydagli/2008/04/07/cehun_hacibeyli_ayaq_uste.gif

Kimdir  Cehun  Dağısdani?

   

Rəsmən üzərində Hacıbyli soy adın daşıyan mütəfəkir, yoxsa gizli imzalarla xalqına xidmət edən, vətəninin daşı, azadlığı uğrunda idoloji müharibə aparan idioloqmu?Xalqı marifləndirmək, onu gözü açıq şəkildə daimi yaşar edmək C.Hacıbəylinin hələ gənc yaşlarından həyat tərzinə çevrilmişdir.

Davamı...
DAGLIAprel 6, 2008 13:37
    Davamı...
DAGLIAprel 6, 2008 13:35
   “Qardaş” bir qarında daş deməkdi. Qardaş elə bir sözdür ki, onu məsuliyyətsiz dilə gətirmək insanı məsuliyyətsiz damğasına sahib edə bilər. Deməli qüdrəti var bu sözün. Qüdrətli sözdür bu söz. Bəs onu kimə deyəsən ki, səni bu cəmiyyət məsuliyyətsiz, küt-beyin  adlandirmasin. Yasadiğimiz hər  günün özündə dilimizə gətirdiyimiz min-min sözlə bərabər qardaş sözünü də dilimizə gətirir, onu istəmədən-dərhal dərk etmədən  mənasizlaşdırırıq.   Hə əzizlərim, məyər hər kəsə qardaş deməy olar? Məyər hər kəslə bir qarında qardaş kimi yollaşıb yol getməy olar?  Mən qardaş dediyim insanın öncə daxilin kəşf edər, (bəlkə də bu kəşviyyat on beş dəqiqə, bəlkədə illərlə çəkə bilər) sonra ona qardaş deyərəm. Bilmirəm nə qədər düz edirəm ya yox. Amma bu mənim dərk etdiyim həqiqətdi ki, qardaş dediyin  insanin iç dünyası sənə bu sözü dedizdirməlidir. Insanın mühütü bir ana qarını kimi isti olmalıdı ki, sən utanmadan, çəkinmədən o mühütdə qarşında duran, səninlə çiyinbəçiyinə çalışan-mənəviyyat dünyasında zirvələrə can atan, mənəviyyat aşiqinə qardaş deyəsən. Şəxsən mən belə bir mühütü bu yaxınlarda Kredo qəzetinin redaksiyasında özüm-özüm üçün kəşf etdim. Insanlardan qardaşım Ramin Qurban demişkən mən də qorxuram. Çünkü bəzi adamlar nəinki adam yeyən ondan da betər və əntərdirlər.  Belə bir cəmiyyətdə səmimiyətlə dolu bir ana-ata qucagı tapmaq və orada  kiminləsə qardaşlaşmaq çox çətindir. Nəhayyətdə ömrümün iyirmi ikinci ilində mən bu kəşfi Kredo qəretinin redaksiyasında-Əlirza  Xələflinin mühütündə etdim. Gənc şair Ramin Qurban və gəncliydən gəncliyə yol gedən, üç yaşlı gənc qiz atası Vüsal Nuru mənim kəşfimin məsuludurlar. Indi mən məsuldar həyatın məsuldar alimi kimi həyat məktəbində qardaş dediyim bu şəxsiyyətlərlə fəxir edir, onlara elə bir qarında bəslənmiş qardaşlarım kimi baxıram. Əlirza Xələflinin qurduğu ailə-Kredodan bu qardaşlıq yolu  yol alib gedir. Bu yolçulardan biri mənim əziz qardaşım Vusal Nuru bir neçə gün bundan əvvəl mənə zəng edib: “ay qardaşım dur gəl evimiz Kredoya kitabim çixib” deyəndə mən qanad aldım-yollara iz saldım. Vusalın “Yağış damlasıyam” mənim əlimə ilk sevincək aldığım kitab oldu. Yadıma dərhal ustadımız- ilk dadımıza çatan imdadçımız Əlirza Xələflinin sözləri düşdü.    O  hələ kitabın üzərində işləyərkən deyirdi: “Vüsalın kitabı mənim daha bir övladımın dünyaya gələcəyi qədər məni karıxdırır.”  Daim istedad axtarışında olan Xələfli bu sözləri boşuna demirdi. Çünkü “Yağış damlasıyam” Vüsal Nurunun yaradıcılığının məsulu, Əlirza  Xələflinin tapıntısıdır.   Dünyada itirmək asand, xifətin çəkməy çətindirsə, tapmaq da cətin, ləzətin çəkməy bir o qədər ləzizdir. Indi Vüsaldan çox Kredoda tapdığı dostları və ustadı Əlirza Xələfli ləzət cəkəcək. Çünkü Vüsal tənqidə məruz qalacaq qələm sahibidi. Təbii ki, bu hər bir qələm sahibinə gərəkdi. Hər bir qələm sahibinə məxsus olmayan Vüsal üçün  yoldu-məsləkdi. Səflərlə düzlərə gedən yol.  Hə qardaşım Vusal, sən indi tənqiddən qorxmamalı, çəkinməməlisən. Ondan nəticə çıxatmalısan ucalmağ uğrunda. Çünkü biz və bizim kimi ədəbiyyat aləminə gələnlər də gedənlər də səflərinə minnətdardırlar. Səflərimiz bizim ən yaxın-yaxşılığmızı istəyən dostlarımızdır. Sən çaliş səf adlı dostuna tən gəlməyəsən, səfinin üstünə səf gətirməyəsən ki, axırımız dəhşət olmasın. Sənə uğurlar, əziz dostum-qardaşım. Mənim və Ramin Qurbanın qardaşı. Qardaşların qardaşı.                                                                  
DAGLIAprel 6, 2008 13:33
Tələbələr "biz onu yeməyə məcburuq" deyir

Gigiyena və Epidemiologiya Mərkəzinin xəbərdarlıqlarına baxmayaraq, dönərxanalar fəaliyyətlərini əvvəlki şəkildə davam etdirirlər. Apardığımız müşahidələr zamanı məlum oldu ki, Gigiyena və Epidemiologiya Mərkəzinin xəbərdarlıqları dönər yeyənlərin sayına da heç bir təsir göstərməyib.
   
   Maraqlıdır, dönər alıcıları aldıqları məhsulun mənşəyi ilə bağlı nə dərəcədə məlumatlıdırlar? Şəhər əhalisinin sıx yerləşdiyi yerlərdən birində, metronun "Elmlər Akademiyası" stansiyası ətrafında bu mövzuda sorğu aparmaq çox maraqlı oldu. Əsasən, tələbələrin sıx olduğu bu ərazidə bir neçə dönərçi də var ki, elə tələbələrə xidmətdədir.
   Fikrini öyrəndiyimiz tələbələr "Biz dönər yeməyə məcburuq" dedilər. Bu mövzu ilə əlaqədar bir neçə dönər ustasını da sorğumuza cəlb etdik. "Dönərin əti haradan alınır" sualına dərhal "bazardan" cavabı aldıq. Bu da bəllidir ki, bazarda 1 kq ətin qiyməti dörd, beş manat civarında dəyişir. Hazırda şəhərdə ən çox şöhrət qazanmış, alınan türk dönəridir. Elə bu səbəbdən də türk dönəri ustalarından biri Yusuf usta ilə həmsöhbət oldum. Usta "Biz dönərin ətini özümüz kəsdiyimiz maldan alırıq" dedi. Ümumiyyətlə, Yusuf usta dönər əti ilə bu qədər narahatçılığı yalnız Azərbaycanda gördüyünü bildirdi. Ustanın fikrincə, 1 kq ətdən 12 dönər alınırsa, niyə də 5 manatlıq ətdən istifadə olunmasın? Bəli, bizim dönərlər tam halaldır. Təbii ki, bu ərazidə bütün dönər satıcıları dönərin halal ətdən hazırlandığını iddia etdilər. Amma atalarımızın da belə bir sözü var "od olmasa, tüstü çıxmaz". Görəsən, şəhərə yayılan dönərlə əlaqəli xəbər dolu tüstü hansı oddan çıxır? Qayıdıram yenidən həmsöhbətim Yusuf ustaya. Usta 1 manata satdığı dönərin qiymətindən də, alıcısından da razıdı.
Bəli, satan da var, alan da. Alan almağa məcburam deyir, satan da aydan arı, sudan duruyam deyir. Bəs Gigiyena və Epidemiologiya Mərkəzinin dedikləri?
   

  Yazılar cəmi: 8