Gəldim dünyaya bir adi ildə, bir adi gündə-fəsillərin ən gözəlində. İlk gündən, ilk andan, janımın ağrısından-üzümün yanğısından ağladım. Dəydi üzümə bir möhkəm sillə. Gətirdi məni dilə. Bir zərif əldən, qəfildən dəydi o sillə mənə. Od saldı körpə qəlbimə. Davamı...
Yenə karvan yoldadı, yenə yağacaq yağış. Qışdan soraq gətirən payızım gəlir. Ruhun da məndən gedir, bir də qayıdıb mənə gəlir. Xəzan olur duyğular sarı yarpaqlar kimi. Təbiyyətin sözlü, söhbətli payız tilsimi-teli tarımın sarı simi sizladacaq ilhamımı yenə. Zaman keçəcək mən dinə-dinə. Mən dinəcəm-deyinəcəm. Sonra təbiyyət bütün bunları görüb ar edəcək, məni deyindirməkdən utanacaq dəyişəcək simasın bir də utancaq-utancaq. Qış qaçacaq, yaz yaya yol açacaq. Soyunmuş ağaclar geyinəcək, geyinmiş ağılı başlar soyunacaq. Yenə karvan gedəcək aram-aram. Mənim olanlar var idi, indi mən varam, mənbdən olanlar da olacaq. O günlər, bu günlər ömür tarixinə yol alıb, gedir. Ey bəşər övladı, daha zaman da köhnəlib-qocalıb. Indi bizik onu idarə edən. Soyundurub geyindirən. Ona “qocalama” deyib müasirləşdirən. Bizik, biz...
Adəm sevincindən göz yaşı töktü, sən gəldin dünyaya gözəl, bənövşə. Allahın əhvindən yaranan, çiçək, niyə belin belə bükük, bənövşə?Sən oldun dünyanın yaz ətirlisi, sən oldun məhəbbət əfsanəsi.Sən-sən dərdlilərin dərdindən xəbər, verirsən gözəlim, gülüm, bənövşə. Səninlə kimisi bəzənir, gülüm. Sənə bənzəmək istəyənlər də var. Sən də bar verdiycə başın aşağı, əyən sadəlöv gözəlsən-gözəl, bənövşə. Sənin ləcəklərin cənnət pərdəsi-belinin büküklüyü ibadətindi. O gözəl gözünün qara giləsi sənin sevilmək səadətindi.Sevincin adı ilə gəldin dünyaya, dərd bükdü belini bu dünyada.Qaldın o gündən bu günə, bu gündən sabaha-zamanın gərdişlərinə sən baxa-baxa.Vəsfinə min-min əhsən dedilər.Sən uymadın. Sənə “gözəlim” dedilər yenə uymadın. Sən gözəli gözəllərə bənzətdilər sən dinmədin.Hardandı səndə bu səbir, hardan de görüm? De mən də o qara gözlərinlə həyatımı görüm.Sənin kimi olmaq, sənə bənzəmək, ay gözəl çiçək, arzumdu Vallah.Ümüdüm qalmayib bil ki, sabaha gəl indi de sirrini. Qıraq bədbinliyin tilsimini.Daha bədbin olmayaq, gülüm bənövşə.
Aman, Allah, gəldi yenə o dəli. Yenə vurub yaracaqdı başımı. Ruhuma girib qaraldacaq qanımı-çatladacaq qaşımı. Sonra da vurub yaracaq başımı. Vuracaq, vuracaq qoymayın. Indi bu dəqiqə axacaq qan. Qanına bələnəcək bir cavan. Qoymayın, ay insanlar-dəli şeytanın varlığına inanananlar, qoymayın. Qoyma onu, yer-göy, qoyma nə olar. Yalvarıram alın əlindən qənbəri-daşı, qoymayın yarsın bu yazıq başı. Yarsa axacaq yenə də qanım-qızınacaq canım-dolacaq gözlərim qan ilə, yol alıb gedəcəyəm mən də dəli şeytan ilə. Dolacaq əvvəl-əvvəl gözlər, sonra deyəcək dil acı-tikanlı sözlər, sonra daha nələr-nələr məni məhv edəcək, yer üzü şeytanlarla dolub, dolacaq-məhv doğru gedəcək. Qoymayın... Analar şeytan balalar üçün başın yolub, ağlasın. Alın məni əlindən. Gəlin pozaq qisməti. Anama yazılan qəm, qüssə, zilləti. Qoymayın ki, məni də alıb anamın əlindən övlad etsin özünə. Qoymayın amandı mənim qismətimi qismət etsin sizə də. Bu gün mənəm sabah sən ola bilərsən-övladın olar hədəfi. Bu gün mənədi sabah sənə ola bilər böyük məhəbbəti. Qoyma amandı məni hədəf etsin özünə. Məndən sənə səndən də ta gələcəyimizə yol alıb getsin o cin, şeytan, əcinə. Qoyma qır qıçını, al canını-azad et canımı.
Günlər günləri yola saldı, aylar qarşıladı ayları, kainat fəsildən fəsilə keçdi-simasını dəyişdi.Dağlara qar düşdü, ümanlarda dalğalar döyüşdü-sahillərlə döyüşdü, göylər yerə baxıb bulud gözləri ilə ağladı-başına qara bağladı göylər.Göyüm göyüm göyüldədilər, ilim-ilim göy üzünü dələyənlər, məni də qöynədənlər.Mən arzuladığım qarı yağdırmadı göy üzünü didib, deşib, dələyənlər.Mən onu uşağkən xəyalımda canlandırmışdım.O ağapağ idi.O yağıb, mənim dünyamda yeri göyü ağardacaqdı.Bəs, niyə o yağmadı.Dağ başında qar gördüm.Oralara yağmışdı, oralarda qışdı.Bəs bura?..Uzaqdan bəyaz idi dağların başı.Bənzəmək istədim o dağlara mən.Daş, heykəl oldum ki, bənzəyim, mənim də qar olsun baş tacım, bəzəyim-arzuma çatım.Yenə çatmadım...“Niyə yağmadı qar”? dedim xəyallar məni dalğalandırdı-alıb, apardı.Hər çatdığım insana da sual verdim “axı, niyə yağmadı qar”?Bir gün mənə göstərdilər qarı.“Budur arzuladığın qar” dedilər.Mən ona yenə də baxdım o qar deyildi.Mən gözlədiyim qarın hər zərəsi mələk teli olmalı idi, olacaqdı-yağacaqdı sonra da yer üzərinə yığılacaqdı. Nəhayyətdə, göydən gələn insan olacaqdı.Mələk gələcəkdi, peyğənbər gətirəcəkdi telər üstündə, tellər yığılacaqdı üst-üstə.Olmadı...Mənə göstərilən qar yerdən göyə buxarlanmış, göydən yerə yaxan çirkab idi.Nə olsun ki, zahiri ağ idi.Mən onu görüb məni itirdim, mənimi itirdim-mənim olacaq mənimi itirdim.Mənim xəyalımda canlandırdığım Allahın yanıdanmı gəlirdi o?Bəs əyninə niyə geymişdi vic-vicəli iblis donu?Birdən başımı tutub qişqirdim: “aman, Allah, gəldi dünyanın sonu”.Elə indicə küləyin fiyiltisin da mən “sur”-un səsi kimi eşitdim.Lənətlədim qışın gəlişini.Bir daha qış gəlməsin-olmasın dedim.Birdə məni məndən, səni məndən almasın dedim.Cünkü sən mənim xəyallar qəhramanı, canlandırdığım o bəyaz qarın özü idin.O qar sənin bədəninin sərələri idi.Dünyamız adlanan ana qucağında, torpağ üstündə sən dünyaya gələcəkdin.Mən səni özüm, öz əllərimlə yaradacağdım, elə qar da yağacaqdı, sən də mənim qar adamım olacağdın.Heç şüpəsiz ki, ömrün qısa olacaqdı.Mən də səndən doymayacaqdım, hər il qışın gəlişin gözləyəcəkdim, qarı-səni gözləyəcəkdim.Təssüff yağmadı qar, çin olmadı arzular.Mənim ömrümə gəldi qış, getdi bahar.Yağmadı ki, qar...
Ruhlar doluşub göyün üzünə, Qara kəfən geyiblər əyinlərinə.Ulduzlar ələnib kəfən üstünə,Soraq gətiriblər günahdan-tamahdan,Kəfənə bəzək vurub tamahkar insan.Qaralıb kəfənin ağı da... Mənim də ruhum libas geyib günahlarımdan qalxır göylərə.Torpaqdan yaranan torpaq vucudum isə yerlərdə qalır. Ağ kəfənimə günahlarım qara xallar salır.Mən gəlirəm, İlahi.Burada nələr var imiş, İlahi.Burada sən varsan bir də mən.Sənin dərgahına min günahımla gəlmişəm.Sənə hədiyə gətirmişəm günahlarımı.Min günaha min sual ver,Al məndən bilmirəm cavabını.Bilmirəm niyə gəlmişdim yer üzünə,Bilmirəm niyə gəlmişəm göy üzünə.Bu bilmədiylərimin birincisi,O biri də minincisi.Mənəm yer üzündəki Allahımın elçisi,Mənəm yer üzündə sənin elçin.Ruhuma ruh qatmısan,Məni də günəşin dövrəsinə atmısan.Dolanıram başına yer kimi,Dolaşıram yerlərdə-torpaq üstündə yel kimi.Bu nə sehir, bu nə tilsim?Bir gün yaratdın məni, o biri gün də öldürdün.Bir gün ruhumu əbədi etdin, o biri gün də bədənimi. Ruhuma anam təki qara geydirib göylərə qaldırdın.Bədnimə ağ kəfən büləyib yerə endirdin-torpağa çevirdin. Bir zaman mən babalarımı tapdayırdım,Bir zaman mən onları torpaq bədənimlə təkrarlayırdım.Indi mən qəbirdəyəm, qəbir əzabımı çəkirəm.Indi mən cəhənnəmlik, yoxsa cənnətlikəm?Dillən, Tanrım, dillən.Mən sənin dərgahına ağ üzlə gələ bilmədim,Məni əf etməyindi son arzum, diləyim-səndən istəyim.Məni əf et...
Son xeberler
Axtarış
Bölmələr
- publisitika (8)
- şerlər (8)
- hekayələr (2)
- pritçalar (1)
- mənsur şerlər (11)
- sarizovkalar (1)
- nikroloqlar (1)
- təmsillər (0)
- TƏBRİK (0)
Keçidlər
- igdirhaber.com (76)
- ANAR (41)
- QESEM. N (63)
- artyazar (62)
- shemsmeclisi (102)
- lit.az (63)
- kataloq.net (61)
- wikipedia (18)
- elm.az (51)
- VUSAL NURU (53)
- SOZLUK (38)
- TURK DUNYASI (44)
- NAZIM HIKMET (36)
- A.Uğur Olgar (44)
- bizimki org (49)
- unudulanlar (49)
Sayqaç
- İndi blogda: 7
- Keçən ayın hiti: 1464
- Dünənki hit: 34
- Bugünki hit: 9
- Ümumi hit: 6801





