Reklam verin!
Yuma Ailə Jurnalı

SAPI ÖZÜMÜZDƏNDİ

Yazar: admin @ Noyabr 2, 2008 3:20

   Bir üfüqə dirənən şaqulu xətt. Arxasında dayaqlı daha bir xətt. Eyni formada sıralanmış, iki aşiqə bənzər iki daş. İki daş üstündə də iki daş, daş üstündə də iki daş… Ləmanın hər gün saatlarla izlədiyi daşlar. Bu beton parçaları-xəyal qəhrəmanları bu gün uçub dağılmışdı. Piləkansız qalmışdı Ləmangilin evi. Axı burada nə baş verib? Kim gəlib Ləmangilə? Durduğu yerdə niyə aşıb, dağılıb xətt, xətt daşlar? Niyə, niyə axı hürüşür ona alabaşlar?... 

Davamı...

Son məktub

Yazar: admin @ Sentyabr 30, 2008 2:41

  

Mən  səni sevmişdim illər öncə. İsti yay günləri sevgimizin ilk şahidi olmuşdu. İllər ötdü həsrət, hicran qapımızı döydü. Payız tilsimi ayırdı bizi-mən ağladım. Sən əsgər getdin. Amma ağlayan təkcə mən deyildim. Sanki təbiyyət də dərdimə şərik çıxmağa çalışırdı. Payız küləkləri xəzan olmuş yarpaqlarla birgə ah çəkirdi. Mən isə qəlbimdə elə hey «getmə» deyirdim. O zaman mənə elə gəlirdi ki, səni bir daha görməyəcəm. Qorxurdum. Amma içimi içimə büküb bunu sənə bildirməmək çox çətin idi. «Sanki dilinlə ged gözlərinlə qal deyirsən mənə, ay nazlı dilbərim, nədi, nə olub, qorxma qayıdacam». Eh mənim başı bəlalı, sevgilim, sən ki, qayıdacağam məni gözlə demişdin? Deyirdin: «Darıxma, segilim, mən hər zaman səniləyəm.

Davamı...

«Leylican Leyli»

Yazar: admin @ Avqust 2, 2008 23:34

 Uzaqdan bir səs gəlirdi. Bu səs çağırırdı- əlini ağzına qoyub  çağırırdı. «Gəl oynayaq» deyirdi. Hər kəs gəlirdi, səsə səs verirdi-masabəyi də «ay maşallah» deyirdi. Yenə də səs uzaqdan gəlirdi. Leyli hərdən bir «məni çağırırlar» - deyə tədarüklənirdi. Sonra; «yox Əşi» - deyib köks ötürürdü. «Kimə lazımsan e sən, Leyli? Hələ bir də o «leylican» oynayanlara heç lazım deyilsən. «Sən öz mahnını çal» deyib Leyli özü-özünə göstəriş verdi. İllərin rəngini ağ libasına həkk etdirmiş royal onu yenə özünə çəkdi. Hələ uşaq ikən o lirikani çox sevərdi. Bayaqdan «leylican» qulaqlarını elə zəbt etmişdi ki, Leyli sanki günlər idi sevimli, üst-başından lirika tökülən royalını görmürdü. Bəyaqdan bu qoca royal heç yada düşmürdü. Bayaq onu ruhlandıran sintizator idi. Yeri göyə qatan sintizator indi susmuşdu, gənc piyanoçu da qoca royal qarşısında çaşqın-çaşqın donub qalmışdı. Leyli dünyaya gələndə bu royalin nə az nə azacıq qırx yaşı var idi. O zamanlar cavan idi. İndi də yetmiş idi. Sabah da kim bilir neçə olacaqdı.  Amma, Leyli doğulanda, yeri göyə calaq edən sintizator yox idi. Yaranmamışdı, doğulmamışdı. Qəribədi,  Leylidən kiçik, cansız  bu əşya bütün musiqi alətlərinin elə Leylinin ifa etdiyi royalın da səsin çıxarırdı. Bəlkə də Leylinin musiqi savadı olmasaydı o da toy evinin uzaq qonşuları kimi belə deyəcəkdi: «Maşallah Filankəs toyuna bütün çalğı alətləri gətirtmişdi». Bəli, Leyli həm bir  ali savadlı piyanoçu kimi dərk edirdi ki, bu səsləri orjinal musiqi alətləri çıxara bilməz. Həm də Leyli dərk edirdi ki, kasıb Filankəsgildə ansanbl çala bilməz. Dərk etməy istəməyə-istəmyə edirdi ki…

Davamı...

Babanın ölüm dərsi.

Yazar: admin @ Aprel 6, 2008 13:26

               Biri var idi, biri yox idi bir baba, bircə dənə də nəvə var idi. Nəvə babasına oğul idi. Bir zamanlar babanın babası var idisə indi baba var idi, sabah da nəvə olacaqdı karvana yolçu. Keçən  zamanlarında babalarından, nənələrindən “cırtdan”-ın  nağılını eşidən baba indi nəvəsinə necə axı ““cırtdan”  nağılını danışım” deyə özü-özünü qınayırdı. Baba yaxşı bilir ki, cırtdanı təbliğ etməy, onu uşağa qəhraman kimi göstərmək düzgün deyil. “Bu xalqın Cavanşirləri, Babəkləri olub”, deyə-deyə babalrının ruhu ilə danışırdı-dalaşırdı baba. O nəvəsini nə babaları onu “ürəyi rəhimli” tərbiyə etdiyi kimi, nə də vəhşi kimi tərbiyələndirmək istəyirdi.  Amma...  Babasının balası balasına “cırtdan”-ın nağıllın danısmağa başlar-başlamaz uşaq dindi:   “onu nənəm danışıb”. Kişi övladının yaddaşına heyran olub: “əhsən sənə, oğul dedi. Biri var idi, biri yox idi, bir keçəl var idi.  Babanın körpə hesab etdiyi uşaq (bəlkə də yeni-yetmə) dinmədi səssiz-səssiz dinlədi babasını. Baba bu nağılları eşidə-eşidə böyümüşdü. Elə oğlunu da bu nağıllarla böyüdmüşdü. Qenetik təsirdən idi, ya nədən idisə indi də nəvənin gələcəy talehi həll olunacaqdı. Olundumu? Birdən  baba  özünü yuxuda imiş kimi hiss etdi. Gözlərini qırpıb açdı, özü də inanmadı özünə.  Oyandı yuxudan illərin əzabini görmüş insan. Qəfildən dəlli çılğınlığı ilə keçəldən erməniyə keçdi. Yeni bir nağıl  danışmağ, onu  bir tək övladına deyil elə əsrlərə də, nəsillərə də nəqil etməyə başladı. Nağılın səyfələrində erməni vəhşiliyi səhnəsəşdirildi. “Oğul erməni vəhşidir dedi” baba. Babasının qeyriinsani səhnələr tesvir etdiyini  görən nəvə onun yalançı olduğunu zənd etdi.  Sonra baba bütün vəhşi heyvanlarla “erməni iti” müqaisəyə gətirdi. Nəvəsinin ona hansı baxışlarla baxdığı da elə indicə kişinin diqqətin çəkdi. -“Nədi, ay oğul, inanmırsan”?  Bütün bunları ifadə edən bir söz çıxdı demokratit ölkənin babaca vətəndaşının dilindən: -“Baba, sən məgər yalançısan”?  Sakit  və təmkinlə... -“Oğul, niyə ki”? -“Bilirsən, baba, mənə  məktəbdə, ondan da öncə baxçada  bütün heyvanları tanıdıblar. Axı, erməni adlı vəhşi  tanıdığlarımın sırasında yox idi”? -“Ay, bala, körpə balarımızı doğrayıb, hamilə qadınlarımızı süngüdən keçirib, türkün qanını “ən şirin qan” deyə dilinə çəkib  o vəhşi”. -“Heç inana bilmirəm”. -“İnan oğlum, inan, bunu sənə doğma baban deyir, axı. -“Baba, sən danışdıqca gözüm önününə “Fəryad” filimindəki erməni qızının azərbaycanlı əsrinə su içirməyi gəlir. Axı, o qızın babası neçə vəhşilik edə bilər”?  -“Ay, oğul, bəs Xocalının soyqırımı necə keçmir gözün önündən, görmürsən o vəhşiliyi sən, yoxsa görmək istəmirsən”? -“Baba, əvvəllər balaca idim baxmağa qoymurdular, indi isə atam köhnəlmiş lentlərdi deyib, televizoru söndürür. Bir də bilirsən, baba, dünən dərsdə müəlliməm Ağayeva Roza xanım dedi ki, biz bir xalq olaraq bucür günləri unutmaliyiq. Müəlliməm onu da dedi ki, biz və siz nəsil unutqanlıq hadisəsini tezliklə həyata keçirməsək gələcəy nəsillər bundan da dəhşətlisi ilə rastlaşacaq”. “Unudmalısınız” sözü ilə barmaq silkəliyən müəllimənin siması gəlib durdu babanın gözləri önündə. Birdən babanın yadına tarix düşdü. O məktəbli olarkən  tarix dərsini adı bir dərs kimi deyil elm kimi çox yaxşı öyrənirmiş, bir zamanlar tarixçi olmaq da babanın arzusu olmuşdur. O məktəbdə sovet tarixini ən yaxşı bilən şagir idi.  Məktəb, hətta, ölkə birincisi hesab edilirdi. Sovet tarixin beyninə həkk etdirmiş baba, sovetlərin dağılması tarixinin canlı şahidi oldu. Sonralar papaq altında yatan alimlərin dilindən və tədqiqat əsərlərindən türk-ün tarixin yaddaşına köçürdü. Azəri türklərinin talehin öyrənə-öyrənə sovet tarixinin saxta və yalanlar üzərində qurulduğunun şahidi oldu. Artıq çox gec idi. Artıq 1905-ci il təkrarlanmışdı. Amma o özünü və xalqını heç bağışlaya bilmirdi. Bilirsiz niyə. Ona görə ki, biz Cəfər Cabbarlının “1905-ci il” adlı əsərini yazıçı təxəyülünün məsulu kimi qiymətləndirirdik. Baba hər dəfə o əsəri vaxtında, zamanında diqqətlə oxumadığına görə özü-özünə qəzəblənirdi.  Babasının gözlərində kin, küdürəti ilk dəfə görən nəvə müəlliməsinin fizika müəllimi olduğunu xatırlatdı. “Baba, müəlliməm deyir ki, “təsir hər sahədə əkis təsirə cavab verər, elə hərbidə də”. Bir də ay, baba, müəlliməm deyir ki, “bizim ermənini günahlandırmağa haqqımız yoxdu. Cünkü erməninin soyqırım tarixi bütün dünyaya bəlidi.  Axı bizim babalarımız onları niyə qırırdı ki, indi onlar da bizi qırırlar”. O  bizə böyük Ermənistan ordusundan da danışır. Deyir ki, onların əsgərləri vandam kimi güclüdürlər. Vandam kimi ha...Həri , oğul, sənin müəllimən nə deyirsə düz deyir. Sonuncu dediyi “vandam” sözü də onun elə erməni olduğuna sübutdur. Çünkü dünyaya “vandalizim”-i də elə onlar türkün qanını içə-içə, yurdunu firan qoya-qoya nümaiş etdiriblər. “Deyirəm də, baba, müəlliməm fizika müəllimi olsa da tarixi çox yaxşı bilir. O bizə tarix dərsin də desə lap yaxşı olar.  Eh onsuzda bizi tarixdən nə maraqlandırırsa elə Roza müəllimə bizim dadımıza çatır da... bütün tarixi günləri də elə o bizim yadımıza salır, mahiyyətin də elə o bizə anladır”. “Bəs siz necə onun yadına 1905-ci ili salmırsınız? Demirsinizmi ki, biz tarixi boyu sizi bağışlamış, siz isə vəhş gəlib, elə vəhşi də gedirsiniz”. “Bilirsən, baba, biz tarixi Roza xanımdan öyrənirik. Bunun da çox adı bir səbəbi var: tarix müəllimiz yaxşi dərs keçmir, deyir ki, “humanitar elimləri on birinci sinifdə ripittor yanına gedib öyrənərsiniz””.  Indi de görüm mən xıranalogiyanı bilmədən necə, axı, misal çəkim, həm də tarixi güclü bilən bir kəsin qarşısında. Yaxşı, mənim ağıllı balam, 1905-i bilmirsən, elə 1992-inidəki baxmağa qoymurlar bilmirsən, heç olmasa soyqırım nədir bilirsən? -Sözü tərkib hissələrə ayırıb, onu deyə bilərəm ki, hansısa millətin soyunun qırılmasından bəhs edir. -“Əhsən  sənə, oğul. Bunu da müəllimən öyrədib”?   -“Yox ay, baba, dil-ədəbiyyat müəllimimin sayəsində sözün mənasın tapdım. Mən, axı, ədəbiyyatı sevirəm. Insan ədəbiyyat oxuduuqca zənginləşir, insanlığın nə olduğunu mənə ədəbiyyat öyrədir”. -“Ay, babanın balası, sənin indi tarixini öyrənən vaxtındı. Sən, axı, bu millətin soyunun dəfələrlə qırıldığını bilməlisən ki, sənin də başın bəla çəkməsin, sən də süngə alınmayasan. Oxu, bala, millətin tarixin oxu”.Hə, babacan, sən “millət” demişgən yadıma müəlliməmin daha bir sözü düşdü. “O deyir ki, biz millət deyil, sadəcə çoxsaylı xalqlardan biri kimi Azərbaycan ərazisində yerləşmişik. Ümümiyyətlə azərbaycanlıların babaları kimdi? Bu da tarixə bəlli deyil”. Nəvəsinin dilindən çıxan sözlər babanın halını yamanlaşdırdı, sonra ürək tutması, sonra ölüm oldu alına yazılan yazı. Indi Roza müəllimənin şagirləri çaşıb  qalmışdılar. Şagirdlərin nənə və babaları da nağılın sonunda göydən üç alama deyil ölüm gözləyirlər, erməni vəhşiliyi qismətləri olmasın deyənə.                                 


  Yazılar cəmi: 4