Reklam verin!

«Leylican Leyli»

Yazar: admin @ Avqust 2, 2008 23:34

 Uzaqdan bir səs gəlirdi. Bu səs çağırırdı- əlini ağzına qoyub  çağırırdı. «Gəl oynayaq» deyirdi. Hər kəs gəlirdi, səsə səs verirdi-masabəyi də «ay maşallah» deyirdi. Yenə də səs uzaqdan gəlirdi. Leyli hərdən bir «məni çağırırlar» - deyə tədarüklənirdi. Sonra; «yox Əşi» - deyib köks ötürürdü. «Kimə lazımsan e sən, Leyli? Hələ bir də o «leylican» oynayanlara heç lazım deyilsən. «Sən öz mahnını çal» deyib Leyli özü-özünə göstəriş verdi. İllərin rəngini ağ libasına həkk etdirmiş royal onu yenə özünə çəkdi. Hələ uşaq ikən o lirikani çox sevərdi. Bayaqdan «leylican» qulaqlarını elə zəbt etmişdi ki, Leyli sanki günlər idi sevimli, üst-başından lirika tökülən royalını görmürdü. Bəyaqdan bu qoca royal heç yada düşmürdü. Bayaq onu ruhlandıran sintizator idi. Yeri göyə qatan sintizator indi susmuşdu, gənc piyanoçu da qoca royal qarşısında çaşqın-çaşqın donub qalmışdı. Leyli dünyaya gələndə bu royalin nə az nə azacıq qırx yaşı var idi. O zamanlar cavan idi. İndi də yetmiş idi. Sabah da kim bilir neçə olacaqdı.  Amma, Leyli doğulanda, yeri göyə calaq edən sintizator yox idi. Yaranmamışdı, doğulmamışdı. Qəribədi,  Leylidən kiçik, cansız  bu əşya bütün musiqi alətlərinin elə Leylinin ifa etdiyi royalın da səsin çıxarırdı. Bəlkə də Leylinin musiqi savadı olmasaydı o da toy evinin uzaq qonşuları kimi belə deyəcəkdi: «Maşallah Filankəs toyuna bütün çalğı alətləri gətirtmişdi». Bəli, Leyli həm bir  ali savadlı piyanoçu kimi dərk edirdi ki, bu səsləri orjinal musiqi alətləri çıxara bilməz. Həm də Leyli dərk edirdi ki, kasıb Filankəsgildə ansanbl çala bilməz. Dərk etməy istəməyə-istəmyə edirdi ki…

Davamı...


  Yazılar cəmi: 1