Bir günün sabahı gəldin dünyaya,
Məni də sabah üçün doğdunmu, ana?
Sabahlar sabahı açıldı bu gün,
Yenə sən sabahı düşünürsən, ana.
Bəs haçan olacaq sabahın özü?
Bu günün özü?
Ki, sən daha düşünməyəsən,
Qəm yeməyəsən.
Arzuladığın sabahı sağ ikən görəsən.
Yoxsa bəşərin arzusudu bu?
Sənin də gözündə qalacağmı o?
Əzizləmə ilə başladın laylama,
Sən nələr arzuladın mənə, ay ana?
Gör nələrə qadirdi övladın,
Sənin sabahın
Sabahki adın
Yenə arzuların qalaq-qalaqdı,
Yenə gözllərin sabah gözləyir
Yenə qalanıb arzu ocağın
Səni sabahki sabah gözləyir.
Məni də özünə sarvan etmisən,
Ömür yollarını karvan etmisən.
Arzuların düşübdü arxamca mənim
Qarşımda açılıb cənnət yolları.
Sənin duaların
Sənin istəyin
Mənə olubu ömür yolları.
Bəs indi istəyin nədir?
Sabahki günümüzün mövzusu nədi?
Bu sabahlar bitməyəcəkmi?
Bircə gün bu günü düşün,
Yaşa özün üçün, özünü düşün.
Sabah var ikən sabah düşünmə!..
Allah var ikən sabah düşünmə!..
Qoy dilin daim bellə desin:
Bu gün, bu gün, bu gün.

salam.cox qeseng sayitiniz var. maraqli serler yaziriniz. meqaleler de cox xosuma geldi.size ugurlar.gozel yardicilil arzulayiram gunay xanim.
İyul 8, 2008 16:58