Reklam verin!
DAGLIMay 7, 2008 23:29
     Gəldim  dünyaya   bir  adi  ildə,  bir  adi  gündə-fəsillərin  ən  gözəlində. İlk gündən, ilk andan, janımın ağrısından-üzümün yanğısından  ağladım. Dəydi  üzümə  bir  möhkəm  sillə.   Gətirdi  məni  dilə.   Bir  zərif  əldən, qəfildən  dəydi  o  sillə  mənə.   Od  saldı  körpə  qəlbimə.                            
    Yana-yana  axıtdım  gözlərimdən  yaşı. Dünyaya,  zamana,  insanlığa  elan  etdim  döyüş-savaşı.      Düz  qırx  gün baxdım   dünyaya    bir  rəngdən.   Ömrümün   qırxıncı   günündə  işıq   sacdı   gözlərimə.   Sonra  öyrətdim   gözümü   dünya   ışığına-rənglərin  qarışığına.  Sonra    yaddan  da  cıxdı  qəflət  şilləsi.  Dostlaşdım  qoca  dünya  ilə.   Birgə  əlvida  da  dedik  necə-necə  fəslə-bir  ilə.   Simasını  dəyişdi  dünya.  Əvvəl  yay  idi,  indi  qış  oldu.   Geydiyi  libası-aldığı   siması  qar-yağış  oldu.   Yağış   yağdıran  qaranquş  oldu .  Beləcə  öyrəndim  simaları  ayırmağı  mən.  Bir  gün  doyaraq   əmdiyim  süddən  gördüm  dünyanın   ən   əziz  simasını.  Lay-lay  calırdı  beşiyim  başında  ən  gözəl  ana.   Dünyanın  ən  gözəl  nəğməsini  də öyrəndim  ondan.  Sonra   anladım  ki,   dünyay  da  elə  o  gətirib  məni.   Suallar  doğdu  körpə  qəlbimdə.     Amma  bacarmadım  ki,  dinim,  danışım.  Dalaşdım,  danışdım  elə  qəlbimlə,  qəlbimdə.    Sonra  qoca  dünya  ilə  cavan  ana   dil  öyrətdilər  mənə.   Catdırdılar  məni  arzu-diləyimə.    Başladım  danışmağa,  sual  verməyə.    Hər  gördüyümü  xəbər  aldım  bu  nədir  deyə.   Xəbər  aldım.   Sual  verib  cavab  aldım.    Amma   yenə    özüm-özümdən  narazı  qaldım.    Sonra  bacı,  qardaşlarımı   yazan  görüb  arzu  etdim:   «kaş  yazmağı  bacaraydım».       Bacardım…   Bir  gün  yazmağı  da  öyrətdilər  mənə.   Qoca  dünya  ilə  cavan  ana,   bir    müəllimə.  İlk  «ana»   sözü  yazdım,   ilk  «vətən»  sözü  yazdım.    Sonra  düzüb  qoşub  «ana   vətən»   yazdım.    Beləcə   başladı  söz  düzməyim.     Bəzən    yazdığımı  məhv etdim.    Bəzən    özüm-özümə  qiymət  verdim.  Yazdığıma  dünyanın   ən  gözəl   yazısıdır  dedim.    Bir gün özümü tənqidlədim: «bir az da yaxşı yaz» dedim.    Qoydum   bu  münvalla   qarşıma  məqsəd.     Dedim  ki,  «yazar  olacam  mən».    Böyütdü  məni   bu  məqsədim.   İndi  bu  yolla  adımlayıram,  indi   sözdür  mənim  dünyam.                                                                                                                  
mənsur şerlərŞərhlər(0)     Baxış sayı:53

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha