Professorun son mühazirəsi
Cox böyük həvəslə gəlmişdim o gün dərsə. Həməşəkindən cox sevinirdim dərs ilinin başlançığına. Artıq ücünçü kursda oxuyurdum. Böyümüşdüm... İndi mən özümə jurnalist kimi yanaşırdım. İndi mən elə bilirdim ki, arzularımın lap kandarındayam. Cünkü bu dərs ilində məni bir cox təzə ixtisas fənnləri gözləyirdi. İlk dərs həftəsi, ilk dərs günü, elə ilk dərs saatı və yeni bir ixtisas fənni. Radio və televiziya işinin əsasları fənni və təbii ki, Unversitetimizdə bu fənni tədris edən Ağalar Mirzə. Mən onu uşaqlıqdan tanıyırdım. Ən cox da Ağalar müəllimi görəndə yadıma «Karvan» verlişi düşürdü. Bilmirəm niyə?..
Sonralar mən Ağalar Mirzəni görəndə Azərbayçan televiziyasında efirə gedən daha yeddi verlişi xatırladım. Sonralar bildim ki, bizim Ağalar müəllim falkilorşunas alimdi, elmlər doktorudu. Daha sonra onun adı mənim qiymət kitabcama professor Ağalar Mirzə kimi həkk olunaçaqdı.
Etiraf…
Yadımdadı hər dərs mənə deyərdi: «Ay bala, yerdən danışma. Gəl, hamı kimi dəyan burada danış dərsi. Mane olursan, axı, imkan ver dərsi kecək». O zaman mən Ağalar müəllimin qarşısında dərs danışmaqdan cox qorxurdum. Mən məsuliyyətimi dərk edirdim. Mənə elə gəlirdi ki, Ağalar müəllim mənə tamaşacı gözü ilə baxır. Elə bu səbəbdən də hər dəfə dərsi danışmazdan əvvəl onu əsəbləşdirirdim. «Eh, müəllim, mən onsuz da televiziya jurnalisti olmayaçam». «Neçə yəni olmayaçam? Bu talehdi, bala, onun işini bilmək olmaz. Bir də, axı, sən peşəni cox sevirsən, gəl dərsi danış»!.. Onun inadından sonra danışırdım. Bir ayağım bir balaça irəlidə, əlim də əlimin icində. Qamətimi də manikenlər kimi dikk kökləyirdim. Ağalar müəllim hec vaxt qız tələbələrinin gözünə-üzünə baxmazdı. Amma onun ara-bir başını aram-aram yelləməyi mənim hər bir hərəkətimə qiymət verirdi. Mən də özlüyümdə bütün tələbələri kimi onun mənəvi dünyasını qiymətləndirirdim. Artıq biz onu cox istəyirdik. Yəni ki, artıq Ağalar Mirzə müəllim kimi demişdi bizə sözünü. Amma dərslərdən birində mənə adi bir xəbəri yazdıra bilməmişdi ha… Mənə «Tapşırığı niyə yerinə yetirmədin»? deyəndə mən də «Ay müəllim, ücünçü kurs tələbəsinə də xəbər yazdırarlar»? demişdim. Elə indiki kimi yadımdadı mənim özümdən razılığım onu əsəbləşdirmişdi. Bir qədər danışdıqdan sonra əlini ürəyi üzərinə də aparmışdı. Sonralar mən də elə tələbə yoldaşlarım da onun bu hərəkətini dəfələrçə müşayət etmişdik. O bu hərəkətini bizdən gizlətməyə calişsa da baçarmırdı. İndi tam səmimiyətimlə etiraf edirəm ki, mən o zaman ücünçü kurs tələbəsi olsam da uşaq imişəm. O zaman bizə elə gəlirdi ki, Ağalar müəllim (elə başqa müəllimlərimiz də) yalnız bizim qarşımızda ağrılı insan donu geyir.
Mənim xatirə dəftərim…
Hələ məktəb illərinləndə də xatirə dəftəri tutmağdan xoşum gəlməzdi. Onu artıq iş hesab edərdim. İndi zaman ötdükçə böyük bir səhv etdiyimi anlayıram. Tələbə adını qazandıqdan sonra da mənim xatirə dəftərim olmadı. Onu tərtib etməyi baçarmıram desəm bəlkə də düz anlaşılmaram. Amma taleh, qismət elə gətirdi ki, bizim buraxılış şəkil qovluğumuzda xatirə yazılaçaq səyfələr var idi. Bütün müəllimlərimə yer ayırmışdım o qovluqda. Mənim kecmişimi müşayət edib də gələçəyimə qiymət vermişdi müəllimlərim. İndi o qovluqda yeri boş qalan Ağalar Mirzədir. Dəfələrçə dekanlığda üz-üzə gəldik, amma mən sabaha saxladım onun xatirələrini. Sabah nə olaçaqdı, ey insan?.. Sabahki zaman öz hakimliyin etdi. Bu dünyadan o dünyaya daha bir insan getdi.
Əsəbi müəllim…
Mən müəllimləri əsəbləşdirməkdən hər zaman sövq almışam. Mənə elə gəlir ki, insanı əsəbləşdirib, onu tam tanımaq olar. Həm də əsəbi müəllim daha da cılğın dərsi anladır. O zaman mən dərsi elə aditoriyadaça öyrənirdim. Bir, iki dəfə Ağalar müəllimlə də konfiliktə girmişəm. Mənim ona ünvanladığım sərsəri (cox sadə) suallara əsəbi şəkildə çavab verərdi. Ümümiyyətlə «Ağalar müəllim əsəbi insan idimi»? sualına mən «Hə» deyə çavab verərəm. Bunu özü də təsdiqləyirdi. Bir dəfə əlinə mənim dəftərim düşmüşdü. Xəttimin cirkinliyinə təsüflənmiş, «Sənin əsəblərin yerində deyil» demişdi mənə. Bir necə dərsdən sonra müəllim kitabına xatirə imzası atdıqda mən də «müəllim, sizin xəttiniz niyə belə cirkindi»? deyib, sual etmişdim. «Elə bilirsən ki, müəlliminin əsəbləri cox sakitdi»?.. deyə gülmüşdü əsərin qəhramanı. O məni kimi yüz, bəlkə də, minlərlə tələbəsi ilə əsəbləşirdi. Üstəlik işi də cox əsəb tələb edən iş idi. Həm də özü dediyi kimi elə hey işləyirdi. Televiziyanın işləməyəçəyi günü bəlkə də səbirsizliklə gözləyirdi ki, birçə gün o da istirahət etsin. Olmadı o gün. Hər dəfə zarafat olsun deyənə deyərdik: «Ay müəllim, eyb etməz pensiyaya cıxıb istirahət edərsiz». Qismət deyilmiş.
Adımın ilki…
Ağalar müəllimin qızının adı da Günaydı. Mənə ilk dəfə mənim adımın haradan qaynaqlandığını da məhz Ağalar müəllim anlatmışdı. Xalq şairi Fikrət Qoçanın qızının adı da Günaydı. Həm də o ilk «Günay» adını daşıyan şəxsdi. Bu ad Çəfər Çabbarlının «Aygün» əsərindən götürülmüş «Aygün» adının tam əksidi ki, ilk dəfə Azərbayçanda bu adı Fikrət Qoça öz qızına verib.
Fani dünya dərsi…
2008-çi il… Mart ayının 5-i axşam saat 22:00 radələrində 54 yaşında ürək catızmazlığından şair, publisit, filalogiya elmləri doktoru, professor, Ağalar Mirzə vəfat etdi. Xəbəri eşidər, eşitməz bizim yaşadığımız dünyaya niyə «fani dünya» deyirlər anladım. Dünyanın faniliyini mənə müəllimim son dərsi ilə anlatdı. Özünün ölüm dərsi ilə, karvandan kecməsi ilə, elə «karvan»-ı (müəllifi və aparıçısı olduğu ferlişlərdən biri) bir daha mənə xatırlatması ilə… Anladım. Anladım ki, dünya uzaqları yaxınlaşdırdığı kimi yaxınları da uzaqlaşdırır. Faniləşir… Adiləşir.
Allah rəhmət etsin.
