Reklam verin!
DAGLIMay 7, 2008 23:24

Babamın ruhu gəldi bir gün  yanıma. Mən yaxınlaşdım ona.   Qorxudan janım uşudu bir an. Elə hava da soyuq idi o zaman. Soyudan qanım da dondu damarlarında. Babam xeyirxax qalmışdı xəyallarımda. «Bəs niyə mən üşüyürəm indi»? deyə-deyə irəliləyib   sarılmaq istədim babama. Bajarmadım amma. Yox-yox o babam deyildi O mənim babamin ruhu idi don geymişdi əyninə. Oynayırdı yenə. Yanına gəlib oturdum, onula danışdım da. Bir az dərdləşdik də…


Şikayyətlə ötdü dəqiqələr ömürümdə. «Ay baba, xəbərin var ki, övladin nə bəlalar cəkir bu yer üzərində»?

«xəbardaram bala sən elə hey üşüyürsən. Övlad mən sənin niyə uşuduyunu də bilirəm. Mən elə indi də sənin dərdinə şərik cıxmağ ücün gəlmişəm. Sənə soyuqdu. Sən dünyada ömür edən biganəliyə üyürsən. Dünya özüdü səni üşüdən. Dünya sanki sənin güvəndiyin dağdı. Bax indi güvəndiyin dağa qar yaxıb, sənə də soyuqdu. Qorxma mən gəlmişəm daha üşümərsən» deyib babam rəqisə başladı. Babam rəqqasdımı?...

Bir zamanlar mən babamı bir ağaja bənzədirdim. Babamın bar verən ağaja həqiqətən də bənzəri var idi. Babamın balası var idi-mənin atam. Atamında balası var idi, yəni mən. Babam da qollu, budaqlı bir ağaj idi. O zaman ücün bu fikirlər sadəjə bir bənzətmə idi mənim dərkk etdiyim dünyada. İndi isə mən bir daha babamın balası kimi onu ağaja bəzətdim. Bənzəyirdi. Amma mənim babam insan idi. Bəli insan. Onun bədəni yoğrulmuşdu  torpağdan, cay suları idi damarlarından axan qan. Bax indi onun nə saxsı bədəni var, nə də damarları… Birjə özü var idi əjdadlarim üzərində, öz babalarının qujağında bardaş qurub məni isidməkdə idi. Bu idi indi babamın işi. Babam balasına xidmətdə, balası da  onun yanında məhəbbətlə bardaş qurmuşdu. Babam girib od donuna. Rəqasdı babam atılıb düşür. Oddu babam. Bir zaman ağaj idi, bir zaman o var idi. İndi oddu-ojoqdı babam. O yenə də var…          

      

pritçalarŞərhlər(0)     Baxış sayı:50

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha