Bir yaz gecəsi.
Qaranlıq gecə...
Gözlərim ürəyim kimi dolub-boşaldı.
Gecə əyninə zülmət geyib
Məni, məni ağuşinə alır.
Yerdən göyə ah ucalır
Göydən yerə göz yaşları sərilir
Bir yaz yağışıDərdimə şərik yağış...
Bir yaz yağışı
Yağır pıçıltı ilə
Sinəsini sipər edir yerə.
Gəlir...
Gedir...
Mənim gəldiyim dünyay gedir.
Bir yaz yağışı
Yoğrulur xəmir...
Mənim saxsı bədənli bablarım,
Mənim saxsı bədənli nənələrim,
Mənim saxsı bədənli olacaq nəvələrim
Mənim keçmişim, bu günüm, gələcəyim
Bir yaz yağışı
Ondan ruh alır insan...
Odu damarlarımdan axan qan,
Bədənimə min naxış vuran,
Odu mənə verən can.
Torpağıma maya salan.
Məni dünyaya gətirib atam, anam,
Bəli mən insanam...
Adəməm...
Bəs mənim doğum tarixim?...
Mən doğulmuşam?...
Bəlkə elə var idim?...
Atamın doğum tarixi?...
Yox babamın?...
Bəlkə babacının?...
Bəlkə də?...
Bir yaz yağışı
Sirri bilən tək varlıq...
Pıçıldadı:
Adəm yoğrulduğu gün yoğrulmusan,
Sən olmusan ilk insan,
Elə sən də qalmısan.
Səni dünyaya da sən gətirmisən.
Bir mədəndə ölmüş,
Bir bədəndə yaşamısan
Bir yaz yağışı təzələnib
Birində köhnəlmisən.
Bir yaz gecsi.
Qaranlıq gecə...
Gözlərim ürəyim kimi dolub-boşaldı.
Gecə zülmümdən zülmət geydi
Məni, məni ağuşinə aldı.
Yerdən göyə ah ucaldı
Göydən yerə göz yaşları sərildi
Bir yaz yağışı
Mənə acı həqiqəti xəbər verdi
“Sən təzə deyilsən” dedi.
Yəni yalanmı dedi?...

slm sagolasiz var olasiz yashasin guney azerbayjan
Aprel 26, 2008 12:44