Insan və inam. Inamsız insan yaşaya bilməz. Insansız da inam yaşanmaz. Beləcə biri-birini tamamlayan bu ikilik bir dünyanı dövür etdirir. Yer üzərinə insan gəlir, sınağa çəkilərək axirətə insan gedir. Bu dünyanın adamları bəzən onları yaradanı unudur, bəzən də yaradanla şərt kəsirlər.
Şərtin əsaslarına nəzər salsaq şahidi olarıq ki, bu Allaha rüşvət təklif edməkdir. Belə hallar əsasən sələmçiliklə məşqul olan insanların yaratdığı hallardır. Belə ki, bu insanlar yaşadığları günün özündə bilə-bilə günah edir, qardaş və bacılarına faizə pul verir, onları müflüsləşdirincə qazanc əldə edirlər. Sonra da əldə etdikləri qazancdan cüzü bir hisəsini başlarına sadağa olsun deyənə Allah yolunda xərcləyirlər. Günahlarının silindiyini fərz edənlər nöbəti dəfə öz bəd əməllərinə kimi isə qurban edirlər. Bu qurbanlardan biri haqqda sizə danışacaq, onun bu günkü halına bir nəzər salacaqam ki, ona kim isə mərhəməd edsin, qaraj həyatından onu qurtarsın. Bəli qarajda yaşayır Bayramovlar. Bu ailənin xanımı, iki əkiz övladın anası olan Nailədən, onun doğuş zamanı cərahiyyə əməlyyatına məruz qalmasından və sələmçilik qurbanı olmasından deyirəm. Uşaqlığından zəhmətkeş bir ailədə yaşamış, 38 yaşının tamamında ailə qurmuş, evladı olmadığından ailəsı dağılmışdır. Taleh onu yenidən, 42 yaşında bir ailənin xanımı edmişdir. Allaha yalvarmaqla, həkimlərdən dəyanmadan müəlicə almaqla Nailə nəhayyətdə ana olur. Mənimlə söhbət zamanı xüsusi olaraq vurğuladı ki “mən yeri-göyü yaradan Allahdan bircə dənə qız uşağı istəmişdim. O mənə Kamilimi də hədiyə verdi.” Kamil və Kamilə Nailəni ana edib, müflüsləşdirən iki övlad. O söhbət zamanı danışdıqca “min şükür bu günümə də” deyirdi. Mən isə bu insanın nə qədər Allahına bağlı olduğunun şahidi olur, illərcə eşitdiyim bir ifadənin təsdiqin tapırdim. Bəli əbəs yerə deyilməyib “Allah birin verib, o birisin alir.” Alir ki, görsün sən nə edəcəksən. Beləliklə mənim qəhrəmanım doğuş zamanı keçirdiyi əməlyat üçün sələm götürmüş, beş il onu ödəmiş, ən nəhayyətdə evin satıb, canın sələmdən qurtarmış, qalan pula da Sumqayıt şəhəri H.Z. Tağyev qəsəbəsində qaraj alıb, orada məsgulaşmış, Allahına şükür edən yer üzünün əşrəfi, gözəl bəndəsidir. Söhbətmizin sonunda sual olaraq soruşdum: “Nilə xanım, hal-hazırda heç bir yerdə işləmirsiz sosial təminat necə alırsınızmı?” “Bəli alıram. Iki uşaq üçün 48 manat.” “Bəs özünüz üçün necə almırsınız?” “Müraciət etdiyim dövlət sosial yardım komitəsindən mənə dedilər ki, əyər sən özü-özüvü idarə edə bilirsənsə sənə bu təminat düşmür.” Indi o 48 manatla saxladığı övladlarının məktəb həyatına hazırlaşır. Kamiləni həkim, Kamili isə hərbiçi görmək üçün. Sonda isə mənim qəhramanım yenə də şükür etdi. “Allah çətin günümüzdən saxlasın səni də məni də” dedi. Indi onun insan olaraq inam var. O inanır ki, bir gün bir Allah bəndəsi onu bu vəziyyətdən qurtaracaq. O inanır ki, onu qəbul edən qəsəbə rəhbərliyi və sakinləri ona qarşı daim bu günkü kimi mərhəməddə olacaqlar. Ən nəhayyətdə o ən ali inamla yaşayır. Kmil və Kamilənin cəmiyyət üçün gərəkli şəxsiyyət olacağı inamı ilə. Bəli inam varsa insan da var. Məhiz ona görə ki, inam ölsə insan ölər, insan ölsə inam yaşamaz.

Sözüm yoxdur.Sələmin hesabına bütün dünyada kimlərsə rahat ofislerde oturub səhərlərə kappuçino, axşamlara martini içirlər!!! Armanidən köynək, Colin"sdən şalvar,geyirlər
May 1, 2008 22:28