
Kimdir Cehun Dağısdani?
Rəsmən üzərində Hacıbyli soy adın daşıyan mütəfəkir, yoxsa gizli imzalarla xalqına xidmət edən, vətəninin daşı, azadlığı uğrunda idoloji müharibə aparan idioloqmu?Xalqı marifləndirmək, onu gözü açıq şəkildə daimi yaşar edmək C.Hacıbəylinin hələ gənc yaşlarından həyat tərzinə çevrilmişdir.
Beləki, C.Hacıbəyli yaradıcılığının ilk çağlarından ədəbi-mədəni, içtimayi siyasi fikir tariximizə özünə xas təfəkürlə gəlmişdir. Bu səbəbdən də Cehun bəyin yaradıcılığında özünə yer almış mövzular ideya baxımından tərbiyəvi və öyrədici idi. O zaman üçün bu cür yazıların mətbuat səyfələrinə çıxarılması senzur qoyulacaq qədər təhlükəli imiş. Lakin bu təhlükəni milliətinin azadlığı uğrunda dəf edən fədakarlar da var idi ki, xalqı mariflendirici fikirləri gizli imza ilə də olsa imzalayıb, xalqa çatdırırdılar. Belə mütəfəkirlərdən biri də təbii ki, C.Hacıbəyli idi. O, adətən publisistik tənqidi yazılarını “Dağıstani” imzası ilə imzalayırdı. Cehun bəyin bu imza ilə çıxış edməsini müxtəlif cür izah edənlər var. Onun həyat və yaradıcılığına ilk nəzər salanlardan biri, professor Şamil. Qurbanov Hacıbəylinin “Dağıstani” imzası ilə çıxış edməsini əslən Dərbəndli, yəni, Dəmirqapı-dərbəndli olması ilə bağlayır. Fikrimizcə C.Hacıbəylinin bu ad ilə cıxış edməsi nəyinki o dövürdə azad sözü demək, həm də tariximizə qaytarır bizi. Həmən o tarixə ki, Dəmirqapı-dərbənd Şuşa qalası kimi toxunulmaz-alınmaz idi. Lakin işğal tariximizə nəzər salsaq şahidi olarıq ki, 7 km ərazisi olan, torpaqlarımızın 6%-i, yəni ki, Dəmirqapı-dərbənd yalnız 1840 cı il islatından sonra Azərbaycan ərazisindən ayrılmış, Rusiya torpagı kimi tarixə həkk edilmişdir. Tarixən bu ərazidə azərbaycanlılar yaşamış, bu gün də xuçn, xin, belçi, məhərəmkənd, axtı, nisgincə adı ilə coğrafi xəritəyə salınmış ərazilərdə, yəni ki, defakto dağısatan adlandırılan Rusiya ərazisində azəri türkləri yaşamaqdadır. Bu gün Hacıbəylinin əslən Dərbəndli olmasını qəbul edməyənlər də var. Məhz ona görə ki, Cehun Hacıbəyli Üzeyir və Zülfiqar Hacıbəylilərin kiçik qardaşıdır. Mövcud olan bu günkü təfəkürümüzə görə isə biz Hacıbəylilərin əslən Dərbəndli olmasını dilimizə gətirə bilmərik. Birdən desək ki, onlar əslən tarixi Azərbaycan torpağı Dəmirqapı-dərbəndlidirlər onları da “ləzgi” kimi qələmə vermiş olarıq. Təbii ki, fikir kökündən səfdir. Indi gəlin bu günkü real vəziyyətmizə kənardan, yəni, xaricidən bir nəzər salaq. Hər hasısa Azərbaycanlı-üzərində ürək yanğısı ilə işğal olunmuş Qarabağ torpaqlardan birinin adın daşıyan Azərbaycanlı məlumatsız əcnəbi tərəfindən erməni adlandırıla bilər. Məhiz ona görə ki, təbliğ edməməy xəstəliyimiz var. Düşmən isə təbliğatçıdır. Çəkdiyim bu adi, məsəl olsa da tarixi boyu bizimlə yaşayan bəla kimi bu gün də məhfimizə rəvac verməkdədir. Hacıbıylilnin imzasına toxunan tədqiqatçılardan bir də Qulam Məmmədlidir. Məmmədlinin fikrincə isə bu təxəlus Hacıbəylinin deyil Cəmalədin Məmmədzadə adlı Dərbənd torpağında doğulmuş bir publisistə aidir. Q. Məmmədlinin “imzalar” kitabında təstiqlədiyi bu məlumatla razılaşmaq mümkünsüzdür. Bu məqamda C.Hacıbəyli irsinin ilk və layiqli tədqiqattçısı doktur Abid Tahirlinin tədqiqatından təkcə bir müqaisəni nəzərinizə çatdıracam. Doktrun ediyi müqayisə həm anlaşılan həm də sübut edici faktdır. Belə ki, A. Tahirli C.Məmmədzadənin bolşevik ideyalarına quluq edməsini irəli çəkərək Məmmədzadənin ilk prolitariyat qəzeti “Dəvəti-Qoçun” nəşrində və sonrakı fəaliyətində də əməli töhfələrini xatırladır. Heç vaxt bu qəzetlə əlaqəsi olmayan, həm siyasi, həmdə dini baxışlarına görə Hacıbəylinin “Dağıstanisi” Məmmədzadənin “Dağıstanisin”dən təbii ki, fərqlidir. Tahirlinin fikrincə Hacıbəylinin yazılarındaki dil, üslub məsələləri də Məmmədzadə dəstixətdindən kənardır. Həm də mollalar tərəfindən “bidin”, yəni, dinsiz adlandırılan Məmmədzadənin gizli imzası “Dani” olmuєdur. Daha bir danilmaz fakt isə hər iki юəxsin yaюam tarixlərindədir. Yuxarэda adэ зəkilən tədqiqata əsasan 1911-ci ildə, yəni ki, Camaləddin Daрэstani vəfat etdiyi ildə Cehun Daрэstani publistik fəaliyyətdə idi. Bu da bir daha “Dağıstani” imzasının müəllifini müəyənləşdirmək, müəyyən edməkdir ki, bu xalqın düşünən başları hər zaman olub. Var. Olacaq da. Dövrünə görə C Hacıbəyli imzasın belə seçibsə, bu seçimlə necə deyərlər iki dovşan vurubsa biz də bu nəslin davamçıları kimi onu inkar edməməli, əksinə Hacıbəylinin diplamatiq gedişinə rəvac verməliyik. Biz özgələrinin yolu ilə deyil babalarımızın yolu ilə gedməliyik. Gələcəyimizə doğru...
