
Şairə ilhamdan mayə gərəkdi,
Anasız cocuka dayə gərəkdi.
Şairəm söyləyir yerindən duran,
Adamın üzündə hayə gərəkdi.
Böyük Müşfiqin bu sözləri biz həm məslək olan dağlılara daim öyüddü-daim nəsiətdi. Müşfiq şair idi, Müşfiq dahi idi, Müşfiq qorxmaz və söz cəsuru idi desəm təbii ki, yanılmaram. Bir də məni narahat edən daha bir kəlama yerindəcə fikrimi bildirmək istəyirəm, əziz və hörmətli oxucuu. Deyirlər Müşfiq “nakam köçdü dünyadan” məgər Müşfiqin yolunu davam etdirmək onun ömrünü davam etdirmək deyilmi? Məgər Müşfiq hələ də yaşamırmı?
Bu yaxın keçmişimizdə əməkdaşlıq etdiyim “Kredo” qəzetində “İlyas Tapdığın ədəbiyyatımızda mövqeyi və təsir dairəsi” adlı bir yazı oxudum. Yazının müəllifi çox hörmət etdiyim gənc şair Ramin Qurban idda edir ki, bizim İlyas Tapdığdan yararlanan şairlərərimiz var. Qardaşım Ramin bu yazısında bir çox qələm adamalarının adın çəkir. Məni dilləndirən isə Mikayil Müşfiq kəlamları ilə göz açmış Cabir Novruzun da güyə ki, İlyas Tapdığdan nə isə tapması və güyə ki, yararlanıb, deyə fikri ifadələndirməsi oldu. Bir də Ramin Qurbanın böyüklə kiçiyi səf salamsı məni təsüfləndirdi. Müəllif yazır: “İlyas Tapdığın Cabir Novruz yaradıcılığına təsiri də duyulmaqdadır. İlyas müəllimin 50-ci illərdə yazdığı misralar da vardır ki; Baxışında xəbər vercək kimi,Qara göz qızların gözünə baxdım. Cabir Novruzda isə bellə misralar var: Bir mehriban üz görəndə,Üzünə bənzətmişəm.Bir cüt ala göz görəndə,Gözünə bənzətmişəm...” Mənə Cabir Novruzun bu misraları kimə həsr etdiyi gün kimi aydındı. Misraların qəhramanı, şairin ömür, gün yoldaşı Safura xanım həqiqətən də ala göz, mehriban üz və qara xallı bir azəri qızı idi. Qara xallı ha! Misralar əslində belə yazılıb: Bir mehriban üz görəndə,Bir cüt ala göz görəndə,Qara xallı qız görəndəSəni gördüm ay, sevgilim. Müəllif Ramin Qurban mısraların təhrifində də C. Novruzu inkar edib. Müəllifin fikrincə C. Novruz İ. Tapdığdan yararlanır. Əsil həqiqət isə belədir: bu misralar hər ikisi də 50-ci illərdə yazılıb. Indi gəlin kimin kimdən yararlanmağını biz yox özləri sözlərinin verdiyi mənası ilə oxuçuya bildirsinlər. Fikrimcə isə belədir C. Novruz qara xallı xanımı, ilk və son məhəbbətini elə belə də vəsf etməli idi. Şairin bu misralarına da min-min misrası kimi musiqi bəstələnmiş, bu gün də dillərdə əzbərdi. Cabir Novruz nəinki bu mahnının müəllifi Faiq Sücətdinovla musiqi əsərləri yaratmış, o bir çox bəstəkarlarla da xariqələrə öz imzasın atmışdı. Onun “həyat sən nə qəribəsən”, “bakının qızları”, “qocalır anam”, “yaşayır insan”, “bulaq suyu, dağ havası”, “tələsin insanlar”, “cavnlığım” kimi Oktay Kazimi ilə yaratdığı əsərlər də vardır ki, kimin kim olduğunu sübut edən faktdır... Hələ bizdən öncəki nəsillər də C. Novruzun bəstəkar Telman Hacıyevlə yaratdığı “tələbəlik illəri” mahnısıla öz gözəl və özəl günlərini yaşamışlar. Biz də...Şair bununla bərabər Eldar Mansurovla, Ələkbər Tağıyev və başqa-başqa musiqi yazarbları ilə də işləmişdir. O indiki bəzi musiqidən iraq nəğməkar şairlərdən deyil əsil nəğməkar şair olmuşdur. Bədi yaradıcılığı da ki, öz yerində. Şairin təkcə sonuncu kitabları buna sübutdur. C. Novruzun “itmiş əlyazmaları” adlı kitabını oxuduqda şahidi oluruq ki, Cabir Novruz hələ gənc yaşlarından ilhamlı şair olub. Tələbəikən yazdığı bu əlyazmalar kənddə sel gələndə itimiş, şairin ölümündən sonra tapılsa da çox əcəb ki, işiq üzü görmüşdür. Bu kitabda C. Novruzun gənclik illərində yazdığı “qisas” adlı bir povestdə yer almışdı. Onun nəzimdə də, nəsirdə də orjinal üslubu son yaradıcılıqına qədər özünü qoruyub, saxlamışdı. C. Novruzun yaradıcılığına mən hər dəfə ruhumu təmizləmək üçün müraciət edirəm. Tələsin insanlar şadlıq görməyə,Qəm- qüssə görməyə gecikin bir az.Tələsin insanlar deyib gülməyə,Göz yaşı tökməkdən bezikin bir az. və ya ki... Bir arzum var, istəyirəm sizə deyim,Sağlığında qiymət verin insanlara.Yaxşılara sağlığında yaxşı deyin,Sağlığında yaman deyin yamanlara. Bəli, Əmi, sağlığında qiymət verilir insanlara. C. Novruza sağllığında qiymət verən xalqım bu gün də qiymətləndirir. Çox təsüf ki, sənin dediylərini mən indi anlayıram. Sən deyərdin: Ərzə qədəm qoyan yerdə,Bataydı qundağın şərdə.Hər şey gördün bu əsrdə,Cabir, bu da azdı sənə. Nə biclik, nə yalan bildin,Nə pislik, nə haram bildin.Sən hamını adam bildin,Cabir, bu da azdı sənə. Sən haram bilmədin, pislik də bilmədin. Sən elə sən oldun. Upadan Bakıya gələn, Sən, Cabirdən yeni Cabir də meydana gəlmədi. Təmiz gəldin o balaca kəndimizdən, təmiz söz gətirdin balaca daxmanızın damından. Hər gün cıxıb söz qoşduğun o damdan. Bir təmizlik gətirdin söz dünyasına təmiz məkanından. Sən sənə bənzəyənlərə də əhsən dedin, sən səndən öyrənmək istəyənlərə də gəl-gəl dedin. Sən sakit-sakit şer, nəğmə ötdün öz dünyanda, söz dünyanda. Mən dövlətli ailədə doğulmadım,Şan-şöhətli ailədə doğulmadım.Ən adicə bir insandı atam mənim,Zər-xaralaı yataqlarda yatammadım.Məst olmadım incə, zərif qucaqlarada,Boy atmadım meydan-meydan otaqlarda.Mən doğuldum payız yerə qəm yazanda,Bu dünyanın ən balaca komasında.Heç yer üzü gözləmirdi bəlkə məni,Mən doğuldum... bürüdülər kürkə məni,Yatırdılar bir küncündə komamızın.Qoca nənəm laylay dedi uzun-uzun.Min bir cürə naz neymətdən uzaq oldum,Nə də hazır saədətə qonaq oldum. Hə, qardaşım Ramin Qurban, C. Novruz hazır sadətə nəinki qonaq olmadı, heç onun nə olduğunu da bilmədi. Beş yaşından atasız-yetim qalan kəndçi balası özü-özünü təmizliyi, saflığı, qaynar ilhamı, böyük sözünü eşidməyi ilə tarixə-Azərbaycan tarixinə həkk etdirdi. Mən onun dilindən ilk dəfə eşitdiyim dahi Müşfiqin daha bir misrasın da xatırladım. “El gəlib burdaca qabağımı kəsdi, gözdən yaş gələrmi ürək yanmasa?” Bəli o ürəyinin yanğısı ilə qələminin gözündən yaş tökdü. Bu gün Cabir Novruzdan mən yazdıqca yazar, onun yaradıcılığını sənə, səninlə bərabər bir çoxlarına yararlanmaq məkanı kimi təqdim edə bilərəm. Amma, anacaq qəzetimizin imkanların nəzərə alib yazıma son qoyuram. Çalış ki bir də belə müqayisələr edib, səflərə yol vermə, qardaşım.

raziyam
Aprel 11, 2008 22:05