Reklam verin!
DAGLIAprel 7, 2008 16:40
  Kitab      insan üçün ən gərəkli bir əşyadır desəm təbii ki,

yanılmaram. Biliklərimizin mənbəyi kimi kitab mənəviyyatmızın  da mənbəyi hesab olunur. Insan övladı özü-özünü mənən və daxilən kitab oxumaq, elm öyrənməklə tərbiyə edir. Yaşdığımız dünyada elə insanlar da vardır ki, yaşadıqları həyata baxıb, deyirsən: “yaşamaq çətin olsa da şərəfkidi”. Belə insanlar öz şərəfli ömür yollarını da heç şüpəsiz  yazıçı qələminə mürəkkəb edirlər. Bax o zaman yazıçının təxəyülü kənara çəkilir, əsil həyat realliqları isə irəli.   


       

  Baş vermiş hadisələrlə dolu bir bədii kitabı da bu yaxın keçmişimizdə   Mərziyə Səlahəddindən töhvə kimi əlimizə aldıq. Azərbaycan yazıçılar biliyinin üzvü, filologiya elmləri namizədi M. Səlahəddin bundan öncə “sənsiz düşüncələrim” və “bir ovuc torpaq” kitabları ilə biz oxucuların görüşünə gəlmişdir. Sonuncu kitab Mərziyə xanımın  son illər yaradıcılığ məsulu olsa da o öz “ata ocağı” adı ila oxucuya bəlli edir ki,  bu kitabla Mərziyə Nəcəfovanı da, elə  Mərziyə Səlahətddini də tanımaq olar. Zərif görünüşlü, sərif düşüncəli xanım “ata ocağı” povestində  real həyatı hadisələri təsirli səhnələşdirməyi ilə insanı ağlatmağı həqiqətən də bacarmışdır. Mənim nəzər və diqqətimi çəkən isə Mərziyə xanımın hekayələrindəki qarabağ mövzusu oldu. Təbii ki, bu da təsadüfü deyil. M. Nəcəfovanın namizədlik manaqrafiyası da xalqımızın yaralı yeri-Qarabağ mövzusundadır. Qarabağ mövzusunda bədii publisitika tədqiqatçısı kimi Mərziyə xanım  yazdığı hekayələrin hər birində də xalqımızın başına gətirilən bəlaları, bəlalardan doğan cəfaları səhnələşdirmişdir. Kitab bir povest, on hekayə, dörd düşüncə, on pritça və on gözəl şerdən ibarətdir. Əminəm ki, Mərziyə xanımın qələmə aldığı real həyat hadisələrinin hər bir oxucuya maraqlı və zövq verici olacaq. Kitabın ilk oxucusu kimi məni M. Səlahəddinin “uşaqlıq hekayəm” adlı hekayəsi çox razı saldı. Bir az bu hekayədə öz uşaqlığımı da gördüm mən. Bax burada deyiblər e “yazıçı yazdığı əsərlə oxucunun talehin, keçdiyi həyat yolun səhnələşdirsin gərək”. O bu hekayədə ərz etdiyi kimi çarpayı altında od qalamağı ilə “pisin nəyi pisdi”?  sualına elə özü cavab tapmışdır. Od-un niyə zərərli olduğunu o özündən böyüklərə sual edib, cavab ala bilərdi. Lakin hər bir bilgiyə sahib olmağ üçün hələ uşaq yaşlarından həyatını od kimi təhlükəyə atıb, onun nə olduğunu öyrənən xanım  gəncikən də elmlər namizədi dərəcəsinə öz çalışqanlığı ilə yüksəldi. Hə, əziz və rörmətli oxucularımız mən Mərziyə xanımı tanıyan bir kəs kimi sizə söz verirəm ki,  Mərziyə Səlahəddinin nöbəti kitabı onun doktorluq manaqrafiyasi olacaq, İnşallah.   Bəli “ağıl yaşda deyil elə başdadır”. 

sarizovkalarŞərhlər(0)     Baxış sayı:57

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha