Zaman qocalıb
Yenə karvan yoldadı, yenə yağacaq yağış. Qışdan soraq gətirən payızım gəlir. Ruhun da məndən gedir, bir də qayıdıb mənə gəlir. Xəzan olur duyğular sarı yarpaqlar kimi. Təbiyyətin sözlü, söhbətli payız tilsimi-teli tarımın sarı simi sizladacaq ilhamımı yenə. Zaman keçəcək mən dinə-dinə. Mən dinəcəm-deyinəcəm. Sonra təbiyyət bütün bunları görüb ar edəcək, məni deyindirməkdən utanacaq dəyişəcək simasın bir də utancaq-utancaq. Qış qaçacaq, yaz yaya yol açacaq. Soyunmuş ağaclar geyinəcək, geyinmiş ağılı başlar soyunacaq. Yenə karvan gedəcək aram-aram. Mənim olanlar var idi, indi mən varam, mənbdən olanlar da olacaq. O günlər, bu günlər ömür tarixinə yol alıb, gedir. Ey bəşər övladı, daha zaman da köhnəlib-qocalıb. Indi bizik onu idarə edən. Soyundurub geyindirən. Ona “qocalama” deyib müasirləşdirən. Bizik, biz...


