Reklam verin!

Yağmadı ki, qar

Yazar: admin @ Aprel 6, 2008 13:19

  Günlər günləri yola saldı, aylar qarşıladı ayları, kainat fəsildən fəsilə keçdi-simasını dəyişdi.Dağlara qar düşdü,  ümanlarda dalğalar döyüşdü-sahillərlə döyüşdü, göylər yerə baxıb bulud gözləri ilə  ağladı-başına qara bağladı göylər.Göyüm göyüm göyüldədilər, ilim-ilim göy üzünü dələyənlər, məni də qöynədənlər.Mən arzuladığım qarı yağdırmadı göy üzünü didib, deşib, dələyənlər.Mən onu uşağkən xəyalımda canlandırmışdım.O ağapağ idi.O yağıb, mənim dünyamda yeri göyü ağardacaqdı.Bəs, niyə o yağmadı.Dağ başında qar gördüm.Oralara yağmışdı, oralarda qışdı.Bəs bura?..Uzaqdan bəyaz idi dağların başı.Bənzəmək istədim o dağlara mən.Daş, heykəl oldum ki, bənzəyim, mənim də qar olsun baş tacım, bəzəyim-arzuma çatım.Yenə çatmadım...“Niyə yağmadı qar”? dedim xəyallar məni dalğalandırdı-alıb, apardı.Hər çatdığım insana da sual verdim “axı, niyə yağmadı qar”?Bir gün mənə göstərdilər qarı.“Budur arzuladığın qar” dedilər.Mən ona yenə də baxdım o qar deyildi.Mən gözlədiyim qarın hər zərəsi mələk teli olmalı idi, olacaqdı-yağacaqdı sonra da yer üzərinə yığılacaqdı. Nəhayyətdə,  göydən gələn insan olacaqdı.Mələk gələcəkdi, peyğənbər gətirəcəkdi telər üstündə, tellər yığılacaqdı üst-üstə.Olmadı...Mənə göstərilən qar yerdən göyə buxarlanmış, göydən yerə yaxan çirkab idi.Nə olsun ki, zahiri ağ idi.Mən onu görüb məni itirdim, mənimi itirdim-mənim olacaq mənimi itirdim.Mənim xəyalımda canlandırdığım Allahın yanıdanmı gəlirdi o?Bəs əyninə niyə  geymişdi vic-vicəli iblis donu?Birdən başımı tutub qişqirdim:  “aman, Allah, gəldi dünyanın sonu”.Elə indicə küləyin fiyiltisin da mən “sur”-un səsi kimi eşitdim.Lənətlədim qışın gəlişini.Bir daha qış gəlməsin-olmasın dedim.Birdə  məni məndən, səni məndən  almasın dedim.Cünkü sən mənim xəyallar qəhramanı, canlandırdığım o bəyaz  qarın  özü  idin.O qar sənin bədəninin sərələri idi.Dünyamız adlanan ana qucağında, torpağ üstündə sən dünyaya gələcəkdin.Mən səni özüm, öz əllərimlə yaradacağdım, elə qar da  yağacaqdı, sən də mənim qar adamım olacağdın.Heç şüpəsiz ki, ömrün qısa olacaqdı.Mən də səndən doymayacaqdım,  hər il qışın gəlişin gözləyəcəkdim, qarı-səni gözləyəcəkdim.Təssüff  yağmadı qar, çin olmadı arzular.Mənim ömrümə gəldi qış, getdi bahar.Yağmadı  ki, qar... 



Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha