Reklam verin!

Qoymayın.

Yazar: admin @ Aprel 6, 2008 13:20

  Aman, Allah, gəldi yenə o dəli. Yenə vurub yaracaqdı başımı. Ruhuma girib qaraldacaq qanımı-çatladacaq  qaşımı. Sonra da vurub yaracaq başımı. Vuracaq, vuracaq qoymayın. Indi bu dəqiqə axacaq qan. Qanına bələnəcək bir cavan. Qoymayın, ay insanlar-dəli şeytanın varlığına inanananlar, qoymayın. Qoyma onu, yer-göy, qoyma nə olar. Yalvarıram alın əlindən qənbəri-daşı, qoymayın yarsın bu yazıq başı. Yarsa axacaq yenə də qanım-qızınacaq canım-dolacaq gözlərim qan ilə, yol alıb gedəcəyəm mən də dəli şeytan ilə. Dolacaq əvvəl-əvvəl gözlər, sonra deyəcək dil acı-tikanlı sözlər, sonra daha nələr-nələr məni məhv edəcək, yer üzü şeytanlarla dolub, dolacaq-məhv doğru gedəcək. Qoymayın... Analar şeytan balalar üçün başın yolub, ağlasın. Alın məni əlindən. Gəlin pozaq qisməti. Anama yazılan qəm, qüssə, zilləti. Qoymayın ki, məni də alıb anamın əlindən övlad etsin özünə. Qoymayın amandı mənim qismətimi qismət etsin sizə də. Bu gün mənəm sabah sən ola bilərsən-övladın olar hədəfi. Bu gün mənədi sabah sənə ola bilər böyük məhəbbəti. Qoyma amandı məni hədəf etsin özünə. Məndən sənə səndən də ta gələcəyimizə yol alıb getsin o cin, şeytan, əcinə. Qoyma qır qıçını, al canını-azad et canımı.                                        



Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha