Qardaşların qardaşı.
“Qardaş” bir qarında daş deməkdi. Qardaş elə bir sözdür ki, onu məsuliyyətsiz dilə gətirmək insanı məsuliyyətsiz damğasına sahib edə bilər. Deməli qüdrəti var bu sözün. Qüdrətli sözdür bu söz. Bəs onu kimə deyəsən ki, səni bu cəmiyyət məsuliyyətsiz, küt-beyin adlandirmasin. Yasadiğimiz hər günün özündə dilimizə gətirdiyimiz min-min sözlə bərabər qardaş sözünü də dilimizə gətirir, onu istəmədən-dərhal dərk etmədən mənasizlaşdırırıq. Hə əzizlərim, məyər hər kəsə qardaş deməy olar? Məyər hər kəslə bir qarında qardaş kimi yollaşıb yol getməy olar? Mən qardaş dediyim insanın öncə daxilin kəşf edər, (bəlkə də bu kəşviyyat on beş dəqiqə, bəlkədə illərlə çəkə bilər) sonra ona qardaş deyərəm. Bilmirəm nə qədər düz edirəm ya yox. Amma bu mənim dərk etdiyim həqiqətdi ki, qardaş dediyin insanin iç dünyası sənə bu sözü dedizdirməlidir. Insanın mühütü bir ana qarını kimi isti olmalıdı ki, sən utanmadan, çəkinmədən o mühütdə qarşında duran, səninlə çiyinbəçiyinə çalışan-mənəviyyat dünyasında zirvələrə can atan, mənəviyyat aşiqinə qardaş deyəsən. Şəxsən mən belə bir mühütü bu yaxınlarda Kredo qəzetinin redaksiyasında özüm-özüm üçün kəşf etdim. Insanlardan qardaşım Ramin Qurban demişkən mən də qorxuram. Çünkü bəzi adamlar nəinki adam yeyən ondan da betər və əntərdirlər. Belə bir cəmiyyətdə səmimiyətlə dolu bir ana-ata qucagı tapmaq və orada kiminləsə qardaşlaşmaq çox çətindir. Nəhayyətdə ömrümün iyirmi ikinci ilində mən bu kəşfi Kredo qəretinin redaksiyasında-Əlirza Xələflinin mühütündə etdim. Gənc şair Ramin Qurban və gəncliydən gəncliyə yol gedən, üç yaşlı gənc qiz atası Vüsal Nuru mənim kəşfimin məsuludurlar. Indi mən məsuldar həyatın məsuldar alimi kimi həyat məktəbində qardaş dediyim bu şəxsiyyətlərlə fəxir edir, onlara elə bir qarında bəslənmiş qardaşlarım kimi baxıram. Əlirza Xələflinin qurduğu ailə-Kredodan bu qardaşlıq yolu yol alib gedir. Bu yolçulardan biri mənim əziz qardaşım Vusal Nuru bir neçə gün bundan əvvəl mənə zəng edib: “ay qardaşım dur gəl evimiz Kredoya kitabim çixib” deyəndə mən qanad aldım-yollara iz saldım. Vusalın “Yağış damlasıyam” mənim əlimə ilk sevincək aldığım kitab oldu. Yadıma dərhal ustadımız- ilk dadımıza çatan imdadçımız Əlirza Xələflinin sözləri düşdü. O hələ kitabın üzərində işləyərkən deyirdi: “Vüsalın kitabı mənim daha bir övladımın dünyaya gələcəyi qədər məni karıxdırır.” Daim istedad axtarışında olan Xələfli bu sözləri boşuna demirdi. Çünkü “Yağış damlasıyam” Vüsal Nurunun yaradıcılığının məsulu, Əlirza Xələflinin tapıntısıdır. Dünyada itirmək asand, xifətin çəkməy çətindirsə, tapmaq da cətin, ləzətin çəkməy bir o qədər ləzizdir. Indi Vüsaldan çox Kredoda tapdığı dostları və ustadı Əlirza Xələfli ləzət cəkəcək. Çünkü Vüsal tənqidə məruz qalacaq qələm sahibidi. Təbii ki, bu hər bir qələm sahibinə gərəkdi. Hər bir qələm sahibinə məxsus olmayan Vüsal üçün yoldu-məsləkdi. Səflərlə düzlərə gedən yol. Hə qardaşım Vusal, sən indi tənqiddən qorxmamalı, çəkinməməlisən. Ondan nəticə çıxatmalısan ucalmağ uğrunda. Çünkü biz və bizim kimi ədəbiyyat aləminə gələnlər də gedənlər də səflərinə minnətdardırlar. Səflərimiz bizim ən yaxın-yaxşılığmızı istəyən dostlarımızdır. Sən çaliş səf adlı dostuna tən gəlməyəsən, səfinin üstünə səf gətirməyəsən ki, axırımız dəhşət olmasın. Sənə uğurlar, əziz dostum-qardaşım. Mənim və Ramin Qurbanın qardaşı. Qardaşların qardaşı.



