Reklam verin!
Yuma Ailə Jurnalı

Nəsilli nəsilsizlər

Yazar: admin @ Aprel 6, 2008 13:50

                                     

   Ailə;  kiçik  bir  dünya.  Ailə;  dövlət  içərisində  dövlət.    Ailə;   ailə  içərisində  ailə.  Ailə;  üzüvləri  ilə  nəsil  ötüşdürən,  nəsilləri  ötən.  Ailə;   qurulur  toy  ilə,  nişan  ilə.  Ailə;   qurulur  istəklə,  məhəbbətlə,   dil-ağızda  arzu:  “uzun    ömür  sizə,  övladım,  sevgi,  sədaqətlə.”  Ata  xeyiri,  ana  duası.  Toy  dəsgahı,  illərin  hazırlığı.   Nəhayyətdə  bir  konsertə  bənzər  toy.  Gələn  qonaqlar.  Hər  biri  konsert   bileti  almış  kimi.  Konsertdən  diskotekaya  çevirirlər  toy,  düyünü.  Musiqi  pop,  rok  tenpində.  Üzeyir  nəvələri  onunla  atılıb,  düşülür  yarı  çılpaq   geyimdə.  Gəlinlik  libası  yığılıb  başa  hər  bir   qonaqla  kavardinka  oynanılır  qol-qola,  göz-gözə,  baş-başa.  Beləcə  gəlin  toyun  sonunu  yetirir  savaşa.  Toy  marşı.  Toyun  sonu.  Gəlin  bəy  qapısından  keçir.   Qaynana  gəlinin  hərəkətlərini  sayır,  seçir.   Toyun  sabahı.  Qaynananın  gəlinə  qarqışı-ahı.  “ala  hey  başına,  gəlin  olub   özünü  gəlin  kimi  apara  bilmədin.  Bütün  toy  boyu  dingildədin.  Ala  hey  başına  göstərdin    tərbiyəni.  Beş-altı  saatda  təsdiqlədin      ata,  ananı.   Küçüyün  biri  küçüy,   sübut  etdin    itdir  yiyən.”   Dözmür  gəlin,  başlanır  mubahisə,  baş  verir  hadisə.   Gəlin  iki  çamadan  bir    ərini  vurub  qoltuğuna  gedir   kirayə.  O  gündən  qəlb  evində  bəsləyir  qaynana,  qaynataya  kinayə.    “Getmə  ata,  ana  evinə”     getmir  oğlan.   Öl  deyir  ölür  oğlan.   Doqquz  ayın,  doqquz  günündə  dünyaya  gəlir  bir  oğlan.  Illər  ötür  atalı,  analı  ana,  atasız,  anasız  ata  olurlar  qayna,  qanata.  Gəlir   gəlin.  Qəstən  qırır  əlin.  Çəkir  özünə  sarı  ərin.  Qan  uddurur  nəsilli  qaynanaya,  nəsilsiz  qaynataya.   Çəkir  aparır  oğlanı  öz  nəslinə  sarı,  beləcə  qırılır  qohumluq  hasarı.   Düşmənçilik  başlanır.  Oğlan  ata,  anasına  üz  çevirib,  gedir.  Mənim  heç  kəsim  yoxdur  deyir.  Beləcə  “aşıq  qaşıq”  məsələsi   çıxır  qarşıya.   Məcburən  nəsilli  də,  nəsilsiz    onu  qaşıqlayır.   Bu  münvallada  ötür,  ötəcək    nəsillər.      Kökü  üstə  bitən  nəsillər.                                                                                                                                                                         



Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha