Reklam verin!

Məni əf et.

Yazar: admin @ Aprel 6, 2008 13:17

Ruhlar doluşub göyün üzünə, Qara kəfən geyiblər əyinlərinə.Ulduzlar ələnib kəfən üstünə,Soraq gətiriblər günahdan-tamahdan,Kəfənə bəzək vurub tamahkar insan.Qaralıb kəfənin ağı da... Mənim də ruhum  libas geyib günahlarımdan qalxır göylərə.Torpaqdan yaranan torpaq vucudum isə yerlərdə qalır. Ağ kəfənimə günahlarım qara xallar salır.Mən gəlirəm, İlahi.Burada nələr var imiş, İlahi.Burada sən varsan bir də mən.Sənin dərgahına min günahımla gəlmişəm.Sənə hədiyə gətirmişəm günahlarımı.Min günaha min sual ver,Al məndən bilmirəm cavabını.Bilmirəm niyə gəlmişdim yer üzünə,Bilmirəm niyə gəlmişəm göy üzünə.Bu bilmədiylərimin birincisi,O biri də minincisi.Mənəm yer üzündəki Allahımın elçisi,Mənəm yer üzündə sənin elçin.Ruhuma ruh qatmısan,Məni də günəşin dövrəsinə atmısan.Dolanıram başına yer kimi,Dolaşıram yerlərdə-torpaq üstündə yel kimi.Bu nə sehir, bu nə tilsim?Bir gün yaratdın məni, o biri gün də öldürdün.Bir gün ruhumu əbədi etdin, o biri gün də bədənimi. Ruhuma anam təki qara geydirib göylərə qaldırdın.Bədnimə ağ kəfən büləyib yerə endirdin-torpağa çevirdin. Bir zaman mən babalarımı tapdayırdım,Bir zaman mən onları torpaq bədənimlə təkrarlayırdım.Indi mən qəbirdəyəm, qəbir əzabımı çəkirəm.Indi mən cəhənnəmlik, yoxsa cənnətlikəm?Dillən, Tanrım, dillən.Mən sənin dərgahına ağ üzlə gələ bilmədim,Məni əf etməyindi son arzum, diləyim-səndən istəyim.Məni əf et...   



Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha