Yenə başlandı. Başlandı mənim əzablarım. Sən niyə belə, belə edirsən mənim başımın bəlası-ömrümün cəfası-həyatımın mənası niyə axı? Niyə axı məni-qəlbimi incidirsən, yoxsa mən bilmədən-yenə məndən, səni sevməyimdən incimisən? Yoxsa zövq alaraq yaşayır-məni sadəcə məni incidirsən-qanımı içirsən? Bəlkə sən sən deyil elə vanpirsən? Yenə də günahkar mən sənin yerinə qanuna da, Allaha da cavab verməyə hazıram. Özüm öz əlimlə yazıram: Mən səni ürəyimin ətilə, damarlarımın qanı ilə bəslədim-səni mən vanpir etdim. Günahların boynuma. Eyb etməz cəzaların da qoy qandal olub qandallansın qoluma eyb etməz. Təki sən var olasan, təki sən məğrur durub, yaşayasan, mənim dünyamda yaşayan insan. Qorxuram sakinsiz qalar dünyam. Qorxuram ki, sevməkdən kanarlaşaram-mən də insanliqdan uzaqlaşaram başlayaram qan uddmağa-uddurmağa. Qorxuram... Əslində heç istəmirəm də ki, mən uduqlarımı kimsə udsun-mən də kiməsə qan udurum. Çünki bu sevgidə günahkar mənəm-mən...
