Reklam verin!
DAGLIAprel 6, 2008 13:53

  


                       Dünyam, kaş  indi biləsən ki, hardayam. Kaş biləsən ki,  yenə də hayda, haraydayam. Yenə də ölmüş eşqimə yas tutmuşam-ah-vaydayam. Dünyam, sənsiz məna yox. Lalançı çalarları olsa da özü yox, sözü yox. Bu yoxlar, yoxsulluqlar içərisində bircə mən varam. Varammı? Məncə o da yox-yoxdur artıq yox. Qınanıb, qınmısan eşqımlə, üz çevirmisən mənə-eşqimə də. Səsini eşitmək belə dönüb müşkülə.  Eşitmək istəmirsən sənə “dünyam” deyə müraciət etdikdə. Amma sən bilməlisən-məni mütləq dinləməlisən. Dinlə. Sənin üçündü bütün dediklərim, etdiklərim, gəlib də getdiylərim. əlimə qələm alıb yaza-yaza dediylərim. Dinlə. Bacar ki, yazılarımdan dinlə məni-anla məni.  Dinlə:  Baharımı qış etdin. Alqışıma qarqışdır dedin. Dünyamı qar, qış etdin. Şaxtalı, sazaqlı yaşadığın qışda damarlarında soyuq qan, sən özünü sevən insan, çevrilib öz yolunla-düz yolunla getdin.  Susmaq oldu yeganə istəyim o an-zaman. Sus dedim özüm-özümə “sus dayan. Çünki susmalısan. Susmalı idin də”.  Beləcə susqun bir vəziyyətdə süründüm. Dizin-dizin arxanca. Nə qanadım oldu ki, uçum, nə də sağlam ayaqlarım. Olmadı. Ağladım. Bir düz yol da olmadı ki, alnı açıq, üzü ağ sürünüm. Yenə də inadıma sadiq  mən süründüm. Çirkablar içərisində. Bircə səni təmiz saxladım öz dünyamda, söz dünyamda. Yaşadığım əyri-düz dünyamda. Min gəlmiş gedən yüz dünyamda bircə sən təmiz, həmişəki kimi əziz, dadlı, duzlu qaldın. Mənım ahımı göyə ucaldıb, mənliyimi yerə sərdin. Eybi yox...                                                   

mənsur şerlərŞərhlər(0)     Baxış sayı:55

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha