Reklam verin!

Dönər alanların sayı azalmayıb

Yazar: admin @ Aprel 6, 2008 13:33

Tələbələr "biz onu yeməyə məcburuq" deyir

Gigiyena və Epidemiologiya Mərkəzinin xəbərdarlıqlarına baxmayaraq, dönərxanalar fəaliyyətlərini əvvəlki şəkildə davam etdirirlər. Apardığımız müşahidələr zamanı məlum oldu ki, Gigiyena və Epidemiologiya Mərkəzinin xəbərdarlıqları dönər yeyənlərin sayına da heç bir təsir göstərməyib.
   
   Maraqlıdır, dönər alıcıları aldıqları məhsulun mənşəyi ilə bağlı nə dərəcədə məlumatlıdırlar? Şəhər əhalisinin sıx yerləşdiyi yerlərdən birində, metronun "Elmlər Akademiyası" stansiyası ətrafında bu mövzuda sorğu aparmaq çox maraqlı oldu. Əsasən, tələbələrin sıx olduğu bu ərazidə bir neçə dönərçi də var ki, elə tələbələrə xidmətdədir.
   Fikrini öyrəndiyimiz tələbələr "Biz dönər yeməyə məcburuq" dedilər. Bu mövzu ilə əlaqədar bir neçə dönər ustasını da sorğumuza cəlb etdik. "Dönərin əti haradan alınır" sualına dərhal "bazardan" cavabı aldıq. Bu da bəllidir ki, bazarda 1 kq ətin qiyməti dörd, beş manat civarında dəyişir. Hazırda şəhərdə ən çox şöhrət qazanmış, alınan türk dönəridir. Elə bu səbəbdən də türk dönəri ustalarından biri Yusuf usta ilə həmsöhbət oldum. Usta "Biz dönərin ətini özümüz kəsdiyimiz maldan alırıq" dedi. Ümumiyyətlə, Yusuf usta dönər əti ilə bu qədər narahatçılığı yalnız Azərbaycanda gördüyünü bildirdi. Ustanın fikrincə, 1 kq ətdən 12 dönər alınırsa, niyə də 5 manatlıq ətdən istifadə olunmasın? Bəli, bizim dönərlər tam halaldır. Təbii ki, bu ərazidə bütün dönər satıcıları dönərin halal ətdən hazırlandığını iddia etdilər. Amma atalarımızın da belə bir sözü var "od olmasa, tüstü çıxmaz". Görəsən, şəhərə yayılan dönərlə əlaqəli xəbər dolu tüstü hansı oddan çıxır? Qayıdıram yenidən həmsöhbətim Yusuf ustaya. Usta 1 manata satdığı dönərin qiymətindən də, alıcısından da razıdı.
Bəli, satan da var, alan da. Alan almağa məcburam deyir, satan da aydan arı, sudan duruyam deyir. Bəs Gigiyena və Epidemiologiya Mərkəzinin dedikləri?
   



Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha