Reklam verin!

Allah təkdi

Yazar: admin @ Aprel 6, 2008 13:37

   

Yollar uzun uzadı, başalnğıclı-sonlu, bəzən də sonsuz olur. Bəzən və adətən cığırdan başlanır, sonra da yol olur addımladığımız böyük məkan. Fiziki və mənəvi etdiyimiz addımlama feli adəti üzürə bizi səflərimiz və düzlərimiz adlı keçitdən keçirir gələcəyimizə yola salır. Hər kəs gəlir, gedir. Dünya adlı pəncərədən baxanlar hər gün hara isə tələsir. Özü də bilmədən yaradandan  yaradana qaçır yer üzünün əşrəfi. Bir “ol” sözündən yaranan əbədi olmağa-Allahın hüzurundan lüt gələdiyi kimi lüt də gedir.  Ölüm mələyi-əzrayılıdan qorxa-qorxa gününü gününə, ən nəhayyətdə isə canını əzrayıla təhfil verir insan övladı. Hələ bəşər qədimidən belə gələib belə də gedib, gedir... Yəqin ki, gedəcək də...Yolçuların yolunda Allahın hüzurundan qovulan şeytan daim fəal karvançı kimi özün təsdiq edib.  Öz əməli ilə Ulu tanrıya “mən sübut edərəm” deyən şeytan bizi-tanrının sevimlilərini bəşər yarandığı gündən çox təəssüf ki, azdırmağı bacarıb. Lakin Allahın qüdrəti, dinin   saflığı insanlara sonu uçurumlu, özü odlu-alovlu olan yollardan  geriyə  qayıtmağ yolun da bəxş edib. Kimisi dinə qayıdır, kimisi dindən qacır bu dünyada. Dünya özü də qaçır axirətə doğru...Deyillər Allah uludu, deyillər Allah bütövdü, yəni ki, bütün bəşərə aiddir. Bəşərin dini, irqi ayrılığı belə Allaha-onun təkliyinə xələl gətirməz. Bəs niyə bu bəşər özünə dinlər, irqlər yaradıb? Niyə axı müsəlman, xiristiyan dini meydana gəlib? Yoxsa yeri göyü yaradan Allaha şeytan “mən sübut edərəm” ifadəsini də dini ayrı seçkinliyin meydana gələməsilə ifadələndirib, bizim-bəşərin naxələfliyilə Allah Talaha sübut edib öz mənliyini. Adəm gəldi, Həvva gəldi, sonra da bəşər gəldi yer üzünə. Daha sonra nələr-nələr...  Müsəlman və xiristiyan.  Xiristiyanlıq üç Allahlıqla meydana gəlibsə, müsəlmanlıq tək allahlığın rəmzidir. “Allah təkdi” deyənlər hələ dinin meydana gəldiyindən müsəlmanlar olub. Dininə görə islamçı olan bəşər övladı irqinə görə fərqlənə bilər.  Allahın təkliyini qəbul edən, onun buyurduqlarını özünə əməl sayanlar müsəlmanlığı da qəbul etmiş olurlar. Bu baxımdan dünya şöhrətli Maykıl Cekson, Tayson kimilərini də misal çəkmək olar. Islamın təmizlik, saflığ, düzlük dini olması bu kimi yüzlər, bəlkə də minlərlə şəxsiyyətləri özünə dəvət edir. Islam xeyir dinidi, təmizlik, saflıq dinidi. Islam həm də rəhim dinidir. Ürəyində Əli rəhmi olanlar mənən zəngindirlər. Onlar Allahın ad ilə Məhəmmədin müdrüklüyün, Əlinin igidliyin yaşamağa can atanlardı. Islam  bütün dinlərdən fərqlənən müsəlmanların peyğənbəri Məhəmmədin-Allahın buyruğu ilə yazdığı “quranı kərimə” əsaslanır. Səmavi kitablar sırasında “quranı kərim” daha ündə sayılır. “Incil”in də, “tövrat”ın da müdrüklüyünü geridə qoyur. “Qurani kərim”-də Allah sevimlilərinə  bir çox əməlləri buyurur. ən əsası isə odur ki müsəlman-ümümən Allahını tanıyan insan ona şərik qoşmamalıdır. Allah təkdir deyənlər heç şüpəsiz ki, cənnət ləzətin duyanlar olacaq. Bu münvalla demək olar ki, dünyavi dinlər arasında islam dini tək və yekdi. Məhz ona görə ki, islam dininə mənsub olan şəxslər Allahın təkliyin inkar etmir, ona daim ibadətdə olmağı özlərinə əməl sayırlar. Deməli islam yeganə dindir ki, günahların böyüyü olan “Allaha şərik” qoşulmasından kənardı. Islamın özü də Allahı kimi təkdı. Yəni ki, yer üzərini vahid Allah idarə etdiyi kimi dini də vahiddir. Bu fikirə əsaslanaraq demək olar ki, yer üzərində bir din var ki, o da islam adı ilə bəşərə hədiyyə olunub. Dini yaradanlar... Hələ bəşər qədimdən Allah talah öz sevimli bəndələri arasında daha da sevimlilərini seçib, qiymətləndirib. Zamanına görə müsəlmanların seçilmişi  Məhəmməd, xiristiyanların peyğənbəri İsa olub. Beləliklə bəşər tarixinə yüz iyirmi dörd min peyğənbər Allah tərəfindən həkk edilib. Buradan ortaya çox maraqlı bir fikir çixir. Bəs görəsən yer üzündə yüz iyirmi dörd min din də varmı?..  Təbii ki, bu sualı uşağa belə versən “yox” cavabı alarsan. O zaman niyə xırıstıyan, yahudi və başqa-başqa dinlər meydana gəlmiş? Niyə axı gəlmiş?...   Yoxsa hər dövlət öz tarixin yazdığı, yaratdığı kimi bu dinlər də əbədi yaşamağ üçün meydana yol alıb. Ən əsası odur ki, şeytan bizim dini bölməyimizdən, dinin içində də “cəfərilər”, “sünnülər” yaratmağımızdan istifadə edib Allahımıza “budur sənin sevdiylərin... Mən bunlaramı itaət edim”? deyə qiyamət günündə üstün gələcək. Biz isə müqəddəs dinin nümayəndələri: “Allah bizi onsuz da cənnətlik yaradıb” deyə fərəhlənirik. Mənim dinim mənim mənəviyyatimdir. Insanı mənən öldürən də, yaşadan da dindir. O din ki, sənin olmağına bir “ol” deməyi ilə fərman verən Allaha sən “yek” və “tək” deyirsən. O zaman canı verən allah ruhu da “can” adlı tabutda yaşadar. Mənən yaşayarsan... Əgər sən Allahına şeytanı qalib  gətirtməsən cismin mənəviyyatla dolu olar.  Sən əsil sən kimi qiyamət gününü İsrafil peyğənbərin şeypurundan çıxacaq suru səbirsizliklə gözləyərsən. Yəni ki, ey müsəlman övladı sən mənən əbədi mənəvi ollmağ üçün yaşayarsan. Allah haqqdı...Allah təkdi...Allah yaradandı...Allah ədəbi yaşadandı



Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha